Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
Tarix: 24.09.2018 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın şimal-qərb sərhədində yerləşən Balakən rayonu əsrarəngiz təbiəti, zəngin faunası və qədim tarixi abidələri ilə turistlər üçün cəlbedici məkana çevrilməkdədir. Müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması nəticəsində son illər rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2017-ci ilin yaz-yay mövsümündə rayona gələn turistlərin sayı 21 min 780 nəfər olmuşdusa, 2018-ci ilin ötən dövründə bu rəqəm 22 min 250 nəfərə çatıb. Gələnlərin 7 min 478 nəfərini xarici turistlər təşkil edib. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva məlumat verib. Rayonda əsasən, idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər. Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Qonaqların mənalı istirahət etmələri üçün parkda hər cür şərait yaradılıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17.10.2019
Naxçıvanda muzey quruculuğu
17.10.2019
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır
17.10.2019
Bakıda yaradılan “Yaşıl guşələr” və ona biganə yanaşanlar
17.10.2019
Masallı Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info