Gənc Diplomatlar Birliyi dövlət başçısının namizədliyini dəstəkləyib
Tarix: 02.07.2013 | Saat: 02:04:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) tərəfindən dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 10-cu ildönümünə həsr olunmuş “Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsində” mövzusunda konfrans keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, Misirdəki Azərbaycan diasporunun və xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının İstanbul təmsilçiləri və ictimai təşkilatların rəhbərləri iştirak ediblər. Konfransı açan AGDB-nin baş katibi Eltun İbrahimov bildirib ki, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xəttinin sadəcə davamı deyil. Bu, həmçinin dəyişən dünyanın geosiyasi reallıqlarını müvafiq şəkildə davam etdirən siyasi kursdur.
Azərbaycanın uğurlu xarici siyasətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırıb ki, ölkəmizin diplomatik uğurları respublikamızı təkcə regionun deyil, artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib.
Deputat Musa Qasımlı vurğulayıb ki, bu gün Azərbaycan heç bir ölkənin arxası ilə gedən siyasət həyata keçirmir. Prezident İlham Əliyev azərbaycanpərəst siyasət yürüdür.
Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Prezident Administrasiyasının və digər qurumların rəsmiləri çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin növbəti beş illiyə prezident seçilməsinin labüd olduğunu vurğulayıblar. Sonda qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlib. Ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir”.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info