“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
Tarix: 24.09.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda baş verən hadisələri daim izləyən və onları işıqlandıran Türkiyə mediası ölkəmizdə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi barədə də məlumat yayıb. Sərginin əhəmiyyətindən bəhs edən yazılarda Türkiyənin bu sərgidə geniş şəkildə təmsil olunacağı göstərilir.
“Milliyet.com.tr” saytında dərc edilən “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək” başlıqlı yazıda göstərilir ki, Türkiyə müdafiə sənayesi Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgində (ADEX) 33 firma ilə təmsil olunacaq. Azərbaycan Müdafiə Nazirliyi və digər şirkətlərin dəstəyi ilə bu il 3-cü dəfə təşkil olunan ADEX Bakıda sabah başlayacaq və 27 sentyabra qədər davam edəcək. Hər iki ildə bir reallaşan sərgi, ilk olaraq 2014-cü ilə keçirilib. Yazıda qeyd edilir ki, ADEX Cənubi Qafqaz və Orta Asiya bölgəsinin ən önəmli müdafiə sərgiləri arasında yer alır. Sərgiyə Türkiyəni təmsil edəcək qurum olaraq Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Müdafiə Sənayesi İxracatçılar Birliyi və çoxsaylı firmalar qatılacaq. Türkiyə əvvəlki sərgiyə görə 30 faiz daha çox, 1659 kvadratmetr sahədə təmsil olunacaq.
Türk Milli Pavilyonunda AKSA Run Flat, Anova, ArgeRF, ASELSAN, AVS, BMC, DEARSAN, DESAN, DLG Tactical, Garanti Giyim, GİRSAN, HOYTEK, İŞBİR, Kale Kalıp, KAREL, MAKTEL, MANAS, MESAN, MILSOFT, MKEK, OTOKAR, ÖZTEK, ROKETSAN, RST, Simsoft, Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ, TAIS, TEK. MÜH, TİSAŞ, TRANSVARO, Türk Havacılık ve Uzay Sanayii, UNIFO ve Yakupoğlu firmaları yer alacaq. Sərgi sırasında Türk Müdafiə Sənayesi firmaları tərəfindən istehsal edilən zirehli vasitə platformaları, insanlı-insansız hava vasitələri, dəniz sistemləri, elektron sistemləri, döyüş sursatları, simulyatorlar, müdafiə xidmətlərinin təqdimatları olacaq. Sərgidə Azərbaycan dövlət adamları, iştirakçı ölkələrin nümayəndələri ilə görüşlər keçiriləcək.
Qeyd edək sərgi və Türkiyənin burada təmsil olunması ilə bağlı yazılar “Sabah.com.tr”, “Haberturk.com” və digər saytlarda da işıqlandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
ABŞ-da yeni diaspor təşkilatı yaradılıb
22.07.2019
Prezident İlham Əliyev: Bünövrəsi “Əkinçi“ ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22.07.2019
1990-cı il 22 iyul: Qurtuluşa aparan yolun, özünəqayıdışın başlanğıc günüdür
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info