Stokholmda Azərbaycan tədris kursları açılıb
Tarix: 24.09.2018 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Stokholmda fəaliyyət göstərən İsveç Azərbaycan Birliyinin (SAF) nəzdindəki tədris kurslarının təqdimatı keçirilib. Bu haqda “Palitra”ya Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Tədbirdə SAF-ın sədri Sevda Dadaşova kurslarla bağlı məlumat verərək bildirib ki, layihənin məqsədi İsveçə miqrasiya etmiş orta yaşlı və daha çox yaşı olan soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir.
SAF kurslarında Azərbaycan dili ilə yanaşı, İsveç, ingilis və rus dillərinin tədrisi də nəzərdə tutulub. Həmçinin burada uşaqlar üçün kompüter, rəsm, musiqi, rəqs, yoqa, şahmat, karate kimi idman növlərinin öyrədilməsi planlaşdırılır.
SAF-ın da daxil olduğu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin isə xaricdəki soydaşlarımız arasında Azərbaycan dilinin, mədəniyyətinin qorunması üçün belə kursların əhəmiyyətini vurğulayaraq, valideynləri bu məsələdə daha fəal olmağa çağırıb. Bu kursların, həmçinin İsveçdəki azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydası da vurğulanıb.
Kursa gələn uşaqların ailələri ilə birgə İsveçin görməli yerlərinə və Azərbaycana səfərlərinin təşkili də planlaşdırılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.10.2018
Putin və Tramp arasında keçiriləcək görüşün tarixi açıqlanıb
23.10.2018
Çin və ACEAN ölkələri birgə hərbi-dəniz təlimləri keçirirlər
23.10.2018
İsveçrədə referenduma qeyri-adi məsələ çıxarılacaq
22.10.2018
Qəndaharda amerikan generalı yaralanıb
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10312

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info