Yerli istehsalçıların məlumat bazası yaradılacaq
Tarix: 24.09.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində ölkə ərazisində həyata keçirilən tədarük-təchizat sisteminin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı müşavirə keçirilib. ASC-nin mətbuat xidmətindən bildirilib ki, qurumun İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov Səhmdar Cəmiyyətin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 2017-ci ili uğurlu nəticələrlə başa vuran qurum növbəti il üçün yerli istehsalçılardan 119 milyon manatdan artıq qida və kənd təsərrüfatı məhsulları tədarük edərək dövlət satınalan təşkilatlarının tələbatına yönəldəcək. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalanıb, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar “tedaruk.az” portalına yerləşdirilib və 163 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib. Eyni zamanda, daxili bazarın tələbatını ödəmək üçün regionlarda tədarük sistemi fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. İlin 8 ayının yekunlarına görə, dəyəri 72 milyon manat olan 31 min ton məhsul tədarük edilərək tələbata yönəldilib. Müşavirədə çıxış edən Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, Tədarük və satışın koordinasiyası departamentinin müdiri Azər Ələkbərov payız mövsümündə tədarük-təchizat sisteminin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər. Qarşılıqlı müzakirələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yaxın xarici ölkə bazarlarına ixrac imkanlarının genişləndirilməsi, tədarük-satış zəncirinin gücləndirilməsi ilə bağlı mobil fəaliyyətin təşkili, daxili və xarici bazarlarda gedən qiymət tendensiyalarının izlənilməsi, yerli istehsalçıların məlumat bazasının yaradılması qərara alınıb. Müşavirədə Səhmdar Cəmiyyətin regional bölmə əməkdaşları iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
18.10.2018
İlin sonunadək İmişli və Şəkidə “ABAD”ın regional mərkəzləri açılacaq
18.10.2018
Abşeron rayonunda 24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib
18.10.2018
Neft Fondu Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib
18.10.2018
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info