Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”
Tarix: 24.09.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Bakıda dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Bakıda milli seminar işinə başlayıb. Seminar dayanıqlı ərzaq və kənd təsərrüfatının Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi mövzusuna həsr olunub.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, FAO Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, yaxın zamanlarda layihələrin icrasına başlanılacaq. Bu layihələr üzərində 2 ildir işləyirik. O, Azərbaycan kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.

“Uğurlu aqrar siyasət nəticəsində insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb”

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti FAO ilə əməkdaşlıqdan məmnundur. Düşünürük ki, bu əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının inkişafına və modernləşdirilməsinə, ərzaq təhlükəsizliyi probleminin daha yüksək səviyyədə həll olunmasına öz töhfəsini verəcək. Kənd təsərrüfatının inkişafı problemləri bilavasitə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə sıx əlaqədardır.
Bildirilib ki, hökumətin həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda insanların qidalanması ilə bağlı problemlər həll olunub. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsinə önəm verir. Kənd təsərrüfatının inkişafı dayanıqlı inkişaf məqsədləri ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində mühüm rol oynayır.
"Azərbaycanda əhalinin 47 faizi kənddə yaşayır. Dayanıqlı inkişaf məqsədlərində qarşıya qoyulan bir sıra hədəflər, o cümlədən işsizliyin və yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. 12-13 il ərzində Azərbaycanda yoxsulluq həddi 50 faizdən təxminən 5 faizə endirilib. Kənd təsərrüfatının inkişafı, ilk növbədə, kənddə yaşayan insanların həyatının yaxşılaşdırılmasına, iş yerlərinin artırılmasına, əmək məhsuldarlığının yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bütövlükdə, Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq", - deyə Baş nazirin müavini qeyd edib.
Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində kənd təsərrüfatı istehsalının xeyli artdığını deyən Əli Əhmədov kənd təsərrüfatı istehsalının Azərbaycanın ümumi məhsulunun formalaşmasında, eyni zamanda, ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində daha mühüm rol oynadığını diqqətə çatdırıb.
Baş nazirin müavini deyib: "Azərbaycanda ixrac potensialının artırılmasında da biz kənd təsərrüfatına böyük inamla baxırıq. Güman edirəm ki, Azərbaycanın kənd təsərrüfatı, bütövlükdə, ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək. Kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm vəzifələrdən biridir. Bunun üçün Azərbaycan hökuməti bütün qlobal layihələrdə yaxından iştirak edir".

Nazir: “Qadınların məşğulluğunun artırılması sahəsində xüsusi proqram nəzərdə tutulub"

Ölkəmizdə qeyri-neft sektoruna xüsusi diqqət yetirildiyini deyən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu sektorun əsas aparıcı istiqamətlərindən biri də aqrar sektordur. Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər nümunəvi xarakter daşıyır. Nazir qeyd edib ki, Azərbaycanın ən böyük uğuru 2001-2015-ci illərdə yoxsulluğun səviyyəsinin 4,9 faizə endirməsidir. Qarşımızda duran vəzifə 2030-cu ilə kimi yoxsulluğu 0 səviyyəsinə endirməkdir: “Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq qurumlarla, xüsusən FAO ilə sıx əməkdaşlıq edir. Hesab edirəm ki, FAO-nun Azərbaycan üçün 2016-2020-ci illər ölkə proqramı çərçivəsində nəzərdə tutulan bir sıra tədbirlərin birgə icrası dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına öz müsbət töhfəsini verəcək. Biz bu il təşkilatla konkret sahələr üzrə, o cümlədən toxumçuluq, heyvandarlıq sahəsində bir sıra layihələrin icrasını planlaşdırırıq. Bu sahədə həyata keçirilən tədbirlər birgə işimizin əhəmiyyətini daha da artıracaq. Hər iki qurum məşğulluq sahəsində "Aqrar Məşğulluğun Artırılması Layihəsi"nin birgə icrasını planlaşdırır. Bu layihə həm məşğulluğun, həm də aqrar sahədə məhsuldarlığın artırılmasına xidmət edəcək. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və FAO qadınların məşğulluğunun artırılması sahəsində xüsusi proqram nəzərdə tutub”.
BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, hazırda 850 milyon insan aclıq içində yaşayır. Uşaqların üçdə biri yetərincə qidalanmır. Biz çalışmalıyıq növbəti 12 ildə yoxsulluğu və aclığı azaldaq. Bu baxımdan kənd təsərrüfatı və ərzaq dayanıqlı inkişaf məqsədinin mərkəzində dayanır. Kənd təsərrüfatı bir sıra DİM-lərin əldə olunmasına kömək edir. Bitkiçilik, heyvandarlıq, meşəçilik, balıqçılıq nəinki dünyada ən iri işəgötürəndir və yoxsul əhali üçün əsas qida və gəlir mənbəyidir. 2018-ci ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Biz çalışırıq ki, dayanıqlı inkişaf məqsədlərinin bütün sektorlar, o cümlədən kənd təsərrüfatında nail olunmasına töhfə verək. BMT FAO ilə bu sahədə yaxından əməkdaşlıq edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişaf perspektivləri barədə danışıb.
Seminar sessiyalarla işini davam etdirib. Tədbirdə ölkəmizdə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərə nail olunması üçün verəcəyi töhfənin artırılması yolları və lazımi tədbirlər də müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir”
18.12.2018
AQTA sədri Qoşqar Təhməzli Uilyam Gill ilə görüşüb
18.12.2018
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
18.12.2018
İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib
18.12.2018
TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info