Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub
Tarix: 24.09.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Sentyabrın 24-də məşhur rus yazıçısı, şair, dramaturq, kinossenarist və ictimai xadim Yuri Polyakov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla bildirib ki, Yuri Polyakovu universitetdə görməkdən məmnundur: “Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri yazıçı ilə bu görüşü çoxdan gözləyirdi. Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası yüksək səviyyədə baş tutdu. Bu tamaşanın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkür edirik. Qonağımızı növbəti uğuru münasibətilə təbrik etmək istəyirəm”. Rektor Kamal Abdulla dramaturqun yaradıcılığına aid olan əsərlərin əsasında digər teatr səhnələrində də tamaşalar nümayiş olunduğunu bildirib. Təhsil ocağının rəhbəri bir çox şəxslərin öz elmi fəaliyyətində Y.Polyakovun yaradıcılığından yararlandıqların deyib. Yazıçı-dramaturqu Yuri Polyakov ADU-da olmaqdan və fikirlərini bölüşməkdən məmnun olduğunu söyləyib. O, Azərbaycan Milli Dram Teatrında səhnəyə qoyulan tamaşa haqqında təəssüratlarını bölüşüb. Yazıçı əsərin ərsəyə gəlməsindən, həmçinin digər ədəbi proseslərdən bəhs edib. O, eyni zamanda Rusiya ədəbiyyatçıları, onları narahat edən məsələlər, bu sahədə yaranan çətinliklər haqqında danışıb. Y.Polyakov Rusiya ədəbiyyatındakı, tərcümə ədəbiyyatında nəzərə çarpan məqamlar haqqında da fikirlərini bölüşüb. Y.Polyakovun “Sinif yoldaşları” pyesini Azərbaycan dilinə tərcümə edən Etimad Başkeçid əsər haqqında fikirlərini bildirib və tərcümə prosesindən söz açıb. Görüşdə yazıçı müəllifi olduğu kitabları Azərbaycan Dillər Universitetinə hədiyyə edib. Daha sonra qonaq dəyirmi masa iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Rusiyanın “Dostluq”, “Şərəf”, “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordenlərinə layiq görülmüş Yuri Polyakov “Literaturnaya qazeta”nın redaksiya şurasının sədri, Rusiya Yazıçılar İttifaqının üzvü, RF Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Rusiya Dramaturqlar Gildiyasının sədridir. Onun çoxsaylı romanları, povest və pyesləri oxucular arasında böyük uğur qazanıb, bu əsərlər əsasında filmlər və seriallar çəkilib, tamaşalar hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi məktəblərdə də anılıb
12.12.2018
Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi keçirilib
12.12.2018
Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illiyi qeyd olunub
12.12.2018
Bakı Ali Neft Məktəbinin kollektivi Ümummilli liderin məzarını ziyarət edib
11.12.2018
“Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info