Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
Tarix: 24.09.2018 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti sentyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.
Qeyd edək ki, tanınmış violonçelist Sergey Roldugin 1951-ci ildə Rusiyada anadan olub. İlk musiqi təhsilini Riqa şəhərində alıb. 1975-ci ildə Leninqrad Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. S.Roldugin Rusiyanın Əməkdar kollektivi Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin (1974-1984) və Mariinski Teatrının (1984-2003) solisti kimi fəaliyyət göstərib. 2003-2004-cü illərdə Rimski Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 2006-cı ildən öz təşəbbüsü ilə yaradılan Sankt-Peterburq Musiqi Evinin prezidentidir.
İstedadlı violin ifaçısı Pavel Milyukov 1984-cü ildə Rusiyada anadan olub. İlk musiqi təhsilini Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecində alıb. 2012-ci ildə Moskva Dövlət Konservatoriyasını aspirantura pilləsi üzrə bitirib. Hazırda Vyana Konservatoriyasının tələbəsidir. Rusiya, Almaniya, Avstriya, Çin, Yunanıstan, Macarıstan, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə birinci yerlərə layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr
19.07.2019
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.2019
İnteqrasiya Mərkəzində İmadəddin Nəsiminin yubileyi qeyd olunub
18.07.2019
Camal Əliyev Kinqs-Linn Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info