“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
Tarix: 24.09.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın ən nüfuzlu tədbirlərində iştirak edir. “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers IBM, “Wipro”, “Ericsson”, “Verizon”, “Etisalat”, “Batelco Group”, “Turk Telecom” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə birgə “Telecoms World Middle East 2018” beynəlxalq konfransına xüsusi dəvət olunaraq, bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Sentyabrın 17-18-də Dubay şəhərində keçirilmiş “Telecoms World Middle East” tədbiri Yaxın Şərqin ən mühüm və aparıcı telekommunikasiya tədbirlərindən biri hesab olunur. Nikolai Beckers və telekommunikasiya sahəsinin digər tanınmış mütəxəssisləri bir araya gələrək əməkdaşlıq, innovasiya və dünyanın telekommunikasiya ekosisteminin ümumi strategiyasını müzakirə ediblər. Startap, inkubasiya və telekommunikasiya sahəsinin rəqəmsallaşmasına həsr edilmiş paneldə “Turk Telecom” şirkətinin baş direktoru Paul Doany və Nikolai Beckers telekommunikasiya sənayesinin indiki vəziyyəti və bu sahənin gələcək uğurlarının təmin edilməsində rəqəmsallaşmanın və startapların rolu barədə danışıblar. “Rəqəmsallaşmaya hazır olmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir və sənayenin liderləri əsas və fundamental məsələlərə xüsusi diqqət yetirməlidirlər. İlk növbədə, konsolidasiya həyata keçirilməli, biznesin daxili prosesləri və təşkilati strukturu sadələşdirilməlidir. Bildiyiniz kimi, ənənəvi telekommunikasiya operatorları, adətən, olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Bunun həlli yolu isə əsas təşkilatdan kənarda ayrıca bir qurum yaratmaqdır. Bu qurum insanlara öz ideyalarını daha sərbəst şəkildə irəli sürmək imkanı verməli və eksperimentlərə açıq olmaq üçün münbit şərait təmin etməlidir. Bu cür yanaşmanı “Bakcell” özünün “AppLab” inkubasiya proqramı vasitəsilə nümayiş etdirir” - deyə Nikolai Beckers bildirib. Qeyd edək ki, “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, ideyaları və üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq “Android” və “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər. “İnnovasiyaların tətbiq edilməsi üçün sərbəstlik və məsuliyyət kimi amillər vacibdir. Yalnız bu iki element mövcud olduğu halda rəqəmsallaşma da mümkün olacaq. Klassik telekommunikasiya təşkilatları nəzarət və əmrlər üzərində qurulub, bu da innovasiyaların inkişafına müəyyən maneçilik törədir. Həmçinin startaplar vasitəsilə yaradılan yeniliklər əsas təşkilatın strukturuna inteqrasiya olunmalıdır, bu da dünyanın telekom provayderləri tərəfindən nəzərə alınmalı digər vacib bir məsələdir” - deyə Nikolay Beckers əlavə edib. Nikolai Beckers “Bakcell” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.





 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info