Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
Tarix: 24.09.2018 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Sentyabrın 23-də Ermənistanda Yerevan meri postuna keçirilən seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb. AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, seçki məntəqələrində səsvermənin gedişini izləyən jurnalistlər əngəllərlə üzləşiblər. Ermənistanın “Panarmenian” portalının yazdığına görə, mer seçkisi inqilabdan sonra ilk dəfə keçirilməsinə baxmayaraq, pis göstəricilərlə səciyyələnib. 34,2 faiz seçici fəallığı qeydə alınıb. Bu isə Ermənistan tarixindəki ən aşağı səviyyədir. Üstəlik seçki prosesində xeyli qanun pozuntusu və insident qeydə alınıb. İlkin məlumata əsasən, bununla bağlı Mərkəzi Seçki Komissiyasına və polisə 113 fakt daxil olub. Bir seçici baş nazirin dəstəklədiyi namizədin xeyrinə təkrar səs verib.
Bundan başqa, Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” hərəkatının müşahidəçilərinin aqressiv davranışları medianın diqqətindən yayınmayıb. Bu barədə seçkidən sonra keçirilən mətbuat konfransında da məlumat verilib. Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun tənqidi fikirləri Paşinyan tərəfdarlarını qəzəbləndirib. Hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər canlı yayımda hücuma məruz qalıblar. Mer seçkisində əsas rəqabət “Sarukyan” fraksiyasının deputatı, “Çiçəklənən Ermənistan” partiyasının namizədi Naira Zöhrabyan ilə “Mənim Addımım” blokunun namizədi Hayk Marutyunyan arasında olub.
Erməni mətbuatının verdiyi məlumata görə, siyasi təcrübə baxımından Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksək olsa da o, məğlub olub.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info