Vyanada görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsi anılıb
Tarix: 25.09.2018 | Saat: 02:38:00 | E-mail | Çapa göndər



Sentyabrın 24-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri açan mərkəzin direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 110 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən əsr Azərbaycan ədəbiyyat tarixi və ədəbi tənqid məktəbində önəmli yerə malik Mir Cəlal özünü oxuculara ilk növbədə hekayələri ilə sevdirə bilib. Sadə insanların gündəlik həyatı və güzəranı, əxlaqi dəyərlər, sosial problemlər və ictimai mövzular yazıçının hekayələrində dolğun şəkildə öz əksini tapır. Mir Cəlal dövrünün çatışmazlıqlarını adi həyatdan götürdüyü və bəzən də yumorun dili ilə oxucuya çatdırmağı məharətlə bacaran, ictimai tənqidi incə yumorla qələmə alan yazıçı kimi məşhurlaşıb. Məhz buna görə də onu “kiçik janrın böyük ustadı” adlandırırlar.
Qeyd edilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi bu günlərdə vəfatının 40-cı ili tamam olan ədibin yaradıcılığına yenidən müraciət edib. Onun “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılmış “İki yad adam” bədii filmini Avstriya ictimaiyyətinə təqdim etmək qərarına gəlib. Bu məqsədlə filmin yaradıcı heyəti – Əməkdar artist Gülşad Baxşıyeva, layihə müəllifi və prodüser Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov Vyanaya dəvət edilib.
Filmin layihə müəllifi və prodüseri, “ADDIM” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bildirib ki, bu gün gənc yaradıcı insanların üzərinə böyük ədibin irsini geniş kütləyə tanıtmaq məsuliyyəti düşür. Filmin əsasında duran “Kəmtərovlar ailəsi” hekayəsi 60 il bundan öncə yazılmasına baxmayaraq, bu gün də öz aktuallığını qoruyub saxlayır və məhz buna görə ölkəmizin hüdudlarından kənarda da sevilir, festivallarda mükafatlara layiq görülüb. Film ötən ilin mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” film festivalında nümayiş olunub və “Ən yaxşı sosial film” nominasiyasında qalib olub.
Əməkdar Artist Gülşad Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd edib ki, müasir həyatla səsləşən hekayədə və onun ekran əsərində əsas qayə insanları şan-şöhrət, var-dövlət dalınca qaçmaqdansa, öz ülvi hisslərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.
Sonra “ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılan “İki yad adam” filmi təqdim olunub.
Filmdə əsas rollarda Əməkdar Artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdulov, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkiliblər.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan filmin təqdimatından sonra yaradıcı heyətin üzvləri film barədə öz fikirlərini bölüşüb, tamaşaçıların suallarını cavablandırıblar.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Qabriel Qamba: Bakıya səfərim mənim üçün uğurlu oldu
24.07.2019
Venesuelada elektrik enerjisinin kəsilməsi həyatı ifliç etdi
24.07.2019
Türkiyənin ilk elektron mühərrikli zirehli maşını
24.07.2019
Rusiyada uşaqların qaldığı düşərgədə yanğın
23.07.2019
Polşalı gimnast: Bakını çox bəyənirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info