UNEC-də imtahan prosesi təkmilləşdirilir
Tarix: 25.09.2018 | Saat: 12:33:00 | E-mail | Çapa göndər


UNEC-də imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə İmtahan Mərkəzinin yaradılması barədə qərar qəbul edilib. İmtahan mərkəzinin əsasnaməsi ilə tanış olmaq və fəaliyyət istiqamətlərini daha da təkmilləşdirmək üçün UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Rektor bildirib ki, Avropa ölkələrində təhsilin keyfiyyəti ilə bağlı bir sıra tələblər mövcuddur və bunlardan biri də ali təhsil müəssisəsində müstəqil imtahan mərkəzinin fəaliyyət göstərməsidir.
İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri barədə çıxış edən Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev fakültələr üzrə imtahan prosesinin koordinasiyası, imtahan öncəsi hazırlıq işləri, müraciətlərin operativ həlli, təhlillərin aparılması üçün hesabatların tərtibi və digər əhəmiyyətli məqamlara toxunub.
Görüşdə payız imtahan sessiyasında tətbiq olunacaq bir sıra yeniliklər barədə də məlumat verilib. Qeyd olunub ki, 2018/2019-cu tədris ilindən etibarən “Mühasibat uçotu” və “Marketinq” ixtisasları yenilənmiş sillabus əsasında tədris olunacaq və test bazası məxfi saxlanılacaq. Texniki və texnoloji ixtisaslarda isə digər ixtisaslarda olduğu kimi, 3 ixtisas fənni üzrə imtahanlar yazılı formada həyata keçiriləcək. Çıxışlardan sonra UNEC-in İmtahan Mərkəzinin yaradılmasına dair geniş müzakirələr aparılaraq, təkliflər səsləndirilib və mərkəzin fəaliyyət mexanizmi formalaşdırılıb. Sonda İmtahan Mərkəzinin fəaliyyətini tənzimləyəcək müvafiq qaydalar Elmi Şurada baxılmaq üçün təsdiq edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
ADU media nümayəndələrini mükafatlandırıb
19.07.2019
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”
19.07.2019
Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək
19.07.2019
Azərbaycan Universiteti abituriyentlərə 4 yeni ixtisas təklif edir
19.07.2019
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info