Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
Tarix: 25.09.2018 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 kilometr olan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Layihəyə əsasən, sözügedən yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası aparılıb. Belə ki, yolboyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 612 poqonmetr uzunluğunda metal, 72 poqonmetr dəmir-beton suötürücü boruların, həmçinin 42 poqonmetr uzunluğunda su keçidinin inşası işləri görülüb.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması və yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 kilometr göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 kilometr uzunluğunda yol-cizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək. Qeyd olunub ki, Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21.10.2019
Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub
21.10.2019
İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info