“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
Tarix: 25.09.2018 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


SOS Uşaq Kəndi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Mərkəzin “Gənclik” filialında keçirilmiş tədbirdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Sos Uşaq Kəndinin və Mərkəzin əməkdaşları iştirak ediblər. Tədbirdə SOS Uşaq Kəndi Proqramı çərçivəsində psixoloji maarifləndirmə istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və icrasına başlanılması barədə razılığa gəliblər. Məlumat üçün bildirək ki, SOS KD Beynəlxalq Humanitar təşkilatının üzvü olan “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi rəsmi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyə Nazirliyində İctimai Birlik kimi qeydiyyatdan keçmişdir. İctimai Birliyin yaranması və fəaliyyəti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Assosiasiya valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. SOS Azərbaycanın bütün layihələri BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğundur və uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməkdədir.

Tural





 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
14.12.2019
Parlament seçkilərinə qatılan partiyaların sayı 9-a çatdı
14.12.2019
Masallıda payız ağacəkmə kampaniyası keçirilib
14.12.2019
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
13.12.2019
Azərbaycanda pilotsuz taksilər olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info