“Sovetski“də yeni yolların çəkilməsi və abadlıq işləri gələn il başa çatacaq
Tarix: 25.09.2018 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan burada yeni yollar çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülür. Hazırda 26 hektar ərazidə yolların salınması və abadlıq işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması ötən il tam olaraq yekunlaşdırılıb.
A.Nəcəfli qeyd edib ki, Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və avtonəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür: "Hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdu".
O deyib ki, hazırda layihə üzrə 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri aparılır: "Bu çərçivədə Təzəpir məscidi kompleksinin qarşısında 12,9 min kv.m sahədə 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib və hazırda son tamamlanma işləri aparılır. Sözügedən avtodayanacağın üzərində parkın salınması üzrə işlər isə 90% yerinə yetirilib".
Ağentliyin sözçüsü əlavə edib ki, Akademik Milli Dram Teatrının qarşısındakı parkın yenidən qurulması işləri isə 70% yerinə yetirilib:
"Füzuli, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələri üzərindən piyada korpülərinin tikintisi işləri 90% başa çatıb. M.Əliyev və A.Şaiq küçələri arasında olan sahədə parkın tikintisi üzrə torpaq işləri 90%, bitki örtüyü – 70%, suvarma sistemi – 70%, drenaj işləri – 95%, elektrik işləri 55% yerinə yetirilib. Həmçinin parkda ərazi boyunca 670 ədəd ağac əkilib. Hazırda parkın ot örtüyünün salınması işləri aparılır".
A.Nəcəfli bildirib ki, N.Nərimanov prospekti ilə A.Şaiq küçəsinin arasında olan sahədə idman meydançalarının, həmçinin prospektdə yeraltı piyada keçidinin tikintisi üçün hazırlıq işləri aparılır: "Layihənin tam olaraq 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub".




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb
18.10.2018
İlin sonunadək İmişli və Şəkidə “ABAD”ın regional mərkəzləri açılacaq
18.10.2018
Abşeron rayonunda 24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib
18.10.2018
Neft Fondu Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib
18.10.2018
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info