Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
Tarix: 25.09.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Parlamentdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub.
Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov tədbirin əhəmiyyətini qeyd edib. Bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Bu çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Ölkələr, hökumətlər və beynəlxalq təsisatlar bu çağırışlara vaxtında cavab vermək və yaranan yeni imkanlardan yararlanmaq üçün birgə fəaliyyətə məcburdurlar. Bu baxımdan, BMT-nin ərzaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinə dair həyata keçirdiyi uzunmüddətli tədbirlər təqdirəlayiqdir.
Eldar İbrahimov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə 2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı, eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı və regional inkişafa dair Dövlət Proqramı qəbul edilib. Bu dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bu sahədə köklü dəyişikliklər baş verdi. Eldar İbrahimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hər zaman siyasətimizin mərkəzində insan amilinin olduğunu deyir. Bunun əyani sübutu kimi, təkcə onu demək kifayətdir ki, son 15 ildə ölkədə ümumi daxili məhsul hər il orta hesabla 10-10,6 faiz, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3,8 dəfə artıb, minimum sosial standartların səviyyəsi, əhalinin gəlirləri dəfələrlə yüksəlib, inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilib. Bununla belə, dayanıqlı inkişaf məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.
BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai əvvəlcə Azərbaycan parlamentinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, üç il əvvəl dünya liderləri aclığın, yoxsulluğun, ayri-seçkiliyə gətirən amillərin aradan qaldırılması kimi bir sıra məqsədləri qəbul ediblər. Bunun mərkəzini təşkil edən əsas məsələ kənd təsərrüfatı və qidalanmadır. Bu hədəflərin qəbul edilməsindən üç il keçib və bu gün dünyada 50 milyondan çox kasıb var. Hər üç nəfərdən biri düzgün qidalanmır. Bu da onu göstərir ki, üç il əvvəl razılaşdırılan bu sistem öz yerini tutmayıb, düzgün tarazlanmayıb. Bu işi çətinləşdirən iqlim dəyişikliyi, miqrasiya kimi bəzi fövqəladə amillər də var. Bu şəraitdə yeganə ümid isə Dayanıqlı İnkişaf Məqsədləridir. Bu şəraitdə hökumətlər növbəti 12 il üçün müvafiq siyasət qəbul edib. Bu sahədə Azərbaycanın konkret addımlar atması çox sevindiricidir.
Qulam İshaqzai deyib ki, hazırda BMT-nin müvafiq qurumlarının dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir. O, dayanıqlı inkişafın əsas prinsiplərini, Minilliyin Bəyannaməsini, Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş “2030 Gündəliyi”nin başlıca prinsiplərini qeyd edib. Bildirilib ki, “2030 Gündəliyi”nin məqsədi və hədəfləri universal xarakter daşıdığından dünyadakı bütün insanların maraqlarına xidmət edir.
“Ümumi prinsiplər odur ki, milli qanunvericilik orqanları Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə uyğun forma alsın və müvafiq büdcə ilə dəstəklənsin. Parlamentin bu sahədə xüsusi rolu var. Ona görə ki, parlament insan və hökumət qurumları arasında bir körpüdür. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas məqsədi insanların həyat standartlarının təkmilləşməsidir”, - deyə Qulam İshaqzai qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, FAO Azərbaycanla əməkdaşlığını çox yüksək qiymətləndirir. Ona görə də FAO ilk dəfə olaraq 2015-ci ildə Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisini açdı. Yəni, Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş bir ölkə kimi dəyərləndirilir. O, eyni zamanda, Azərbaycanın iqtisadi inkişaf, qida təhlükəsizliyinin təmini sahəsində gördüyü işləri xüsusi vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova mövzunun əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Ölkəmiz ilə BMT və onun bütün qurumları, o cümlədən FAO arasında çox geniş əməkdaşlıq var. BMT-nin Minilliyin İnkişafı Məqsədlərinin icrası ərəfəsində Azərbaycan əhəmiyyətli irəliləyişlərə nail olub.
Sevinc Həsənova qeyd edib ki, ölkəmizdə ifrat yoxsulluq tamamilə aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi on dəfə azalıb, ümumi daxili məhsul üç dəfədən, əhalinin gəlirləri on dəfədən çox artıb, işsizlik beş faizə endirilib. Ərzaq təhlükəsizliyi Proqramının icrası nəticəsində ölkəmizdə aclıq probleminə son qoyulub.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talibov bildirib ki, burada müzakirə olunan “2030 Gündəliyi”, ümumiyyətlə, bütün dünyada yüksək dəyərləndirilir. Ona görə ki, bu sənəd inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətləri fəaliyyətə səsləyir. “2030 Gündəliyi”nin əsas qayəsi dayanıqlı inkişafın insanların cari tələbatını gələcək nəsillərə ziyan vermədən ödəmək imkanının yaradılmasıdır. Kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sektoru, ümumiyyətlə, bütün dünyada çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də yoxsulluqla mübarizədə ən vacib mənbələr kimi çıxış edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
10.12.2018
Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək
10.12.2018
Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info