“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
Tarix: 25.09.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Bakıda “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. İştirakçı ölkələrdən biri olan Türkiyə mediasında sərgi ilə yanaşı, bu çərçivədə həyata keçirilən tədbirlər geniş işıqlandırılır. “Aksam.com.tr” saytında “TUSAŞ Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır” başlıqlı yazı da bu qəbildəndir.
Yazıda qeyd edilir ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) aviasiya sənayesində həyata keçirdiyi layihələri dəstəkləmək üçün Azərbaycanla əməkdaşlıq edəcək. TUSAŞ Türkiyənin iştirak etdiyi Azərbaycan Beynəlxalq Müdafiə sərgisində (ADEX) aerokosmik sənayesinə aid məhsullarını təqdim edir. Şirkətin stendində milli döyüş təyyarələri, silahlı Hürkuş, insansız hava nəqliyyatı- Anka-S, T625 vertolyotu, Göktürk-1 və Türksat 6A peyklərinin modelləri yer alır. TUSAŞ sərgidə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq protokolu imzalayıb. Protokolu TUSAŞ adından İnsan resursları şöbəsinin rəhbəri Mustafa Akkurt imzalayıb. İmzalanma mərasimində TUSAŞ-ın Korporativ əlaqələr və satış üzrə rəhbəri Tamer Özmen, Strategiya və Texnologiya İdarəçiliyinin rəhbəri, prof. dr. Fahrettin Öztürk də iştirak edib. AMEA protokolu çərçivəsində akademik proqramlar vasitəsilə müdafiə və aviasiya sahəsində qarşılıqlı davamlı əməkdaşlıq qurmaq, AR-GE fəaliyyətinin sürətləndirilməsi və fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Mustafa Akkurt protokol çərçivəsində AMEA-nın akademik proqramlarından faydalanacaqlarını və əsas elmlərə bağlı müxtəlif mənbələrdən Azərbaycan və Türkiyənin xeyir görəcəklərini bildirib. Akkurt əməkdaşlığın akademik bir çərçivə ilə məhdudlaşmadığını, geniş bir elm və texnologiya ekosistemini əhatə etdiyini deyib: “Azərbaycandakı əsas elmlərlə bizdəki təcrübə bir araya gətiriləcək. Qarşılıqlı məlumat və təcrübə mübadiləsi nəzərdə tutulur. Aviasiya və kosmos sənayesindəki inkişafımıza öz təsirini göstərəcək, başda əsas elmlər olmaqla mövcud təcrübəni Türkiyəyə aparmaq, bizdəki dizayn, istehsal, keyfiyyət, sertifikatlaşdırma qabiliyyətini də Azərbaycana təqdim etmək niyyətindəyik. Bu qurum vasitəsilə Azərbaycandakı müxtəlif universitetlərlə əməkdaşlığa qapını açdıq".
Adıçəkilən əməkdaşlıq çərçivəsində əsas elmlərlə bağlı əldə ediləcək məlumat bazası vasitəsilə TUSAŞ-ın yüksək texnologiya sahəsində konkret layihələrinin gücləndirilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
18.10.2018
Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb
17.10.2018
“OSA” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
17.10.2018
Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info