AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
Tarix: 25.09.2018 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 25-də AZAL-ın prezidenti Cahangir Əsgərov "L-3 Technologies" şirkətinin bölməsi "Commercial Training Solutions"un prezidenti Robin Qlover-For ilə görüş keçirib. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat bəxş edib.
"L-3 Technologies" şirkəti öz innovasiya layihələri sayəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edəcək.
Tərəflər AZAL və "Buta Airways"in uçuş heyətinin hazırlığı məqsədilə "Boeing-737 MAX" və "Embraer 190" tipli təyyarələri üçün "Full Flight Simulator" trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər.
Danışıqlar zamanı, həmçinin Milli Aviasiya Akademiyasında "L-3 Technologies" şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunub.
Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir.
"Azərbaycan Hava Yolları" hava parkının yenilənməsi üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu yaxınlarda "Buta Airways" loukost aviaşirkəti üçün yeni "Embraer E-190" təyyarəsi alınıb. Yaxın vaxtlarda AZAL-ın hava gəmisi parkının yeni nəsil "Boeing 737 MAX" təyyarələri ilə genişləndirilməsi nəzərdə tutulur. Hava gəmiləri parkının yenilənməsi proqramı uçuş heyətinin peşəkar təkmilləşdirilməsini tələb edir.
"L-3 Technologies" şirkətindən alınan simulyatorlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO DOC 9625-1) və EASA-nın (Certification Specification CS-FSTD(A)) ən yüksək "Level D" səviyyəsi üzrə tələblərinə uyğundur.
Səfər çərçivəsində qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda "SkyTrax" auditor şirkəti tərəfindən maksimum "5 Ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olublar.
"Biz "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə "B737 Max" və "Embraer E-190" təyyarələri üçün Reality 7 uçuş simulyatorlarının təchiz edilməsi məqsədilə Niyyət məktubu imzalamaqdan böyük məmnunluq duyuruq. Biz bu təlim həllinin vaxtında və ən yüksək keyfiyyətlə çatdırılmasında "Azərbaycan Hava Yolları" ilə tərəfdaşlıq etməyə səbirsizlənirik", - deyə Robin Qlover-For bildirib.
"L-3 Technologies" şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir.
"L-3 Technologies" şirkətinin mülki aviasiya üçün uçuş trenajorlarının istehsalı üzrə bölməsi - "L-3 Commercial Training Solutions"-un ofisi Krouli şəhərində (Böyük Britaniya) yerləşir.
"L-3" şirkətinin mülki və hərbi sektor üçün trenajor hazırlığı sistemlərinin tədarükü coğrafiyası genişdir: Şimali Amerika, Avropa, Asiya və Sakit Okean regionu. "L-3" şirkətinin baş ofisi Texas ştatının Arlinqton şəhərində, nümayəndəlikləri isə Binqamton (Nyu-York ştatı), Orlando (Florida ştatı), Oklahoma siti, Broken Errou (Oklahoma ştatı), Finiks (Arizona ştatı) və Kroulidə (Böyük Britaniya) yerləşir.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
14.12.2018
“Bakcell” sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
14.12.2018
Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
14.12.2018
Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
14.12.2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info