Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Tarix: 25.09.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mingəçevirdə Ağdaş, Bərdə rayonlarından, eləcə də Yevlax və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyublar. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 20-dək vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, məscidlərin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib və bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər haqqında vətəndaşlara aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub. Həmçinin dini maarifləndirmə məqsədilə dini icmalara maliyyə vəsaitinin ayrılması ilə bağlı müraciət edən vətəndaşlara müvafiq izahat verilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
“Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə”
22.10.2018
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq
22.10.2018
Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
22.10.2018
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edilib
22.10.2018
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info