TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
Tarix: 25.09.2018 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Trans-Adriatik” (TAP) boru kəməri İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək. Bu sözləri Milanda keçirilən “18° Italian Energy Summit”də TAP-ın icraçı direktoru Luca Schieppati deyib. “İtaliya təbii qazın böyük hissəsini idxal edir, ona görə də istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətə davamlı enerji lazımdır. TAP bu hədəflərə nail olmağa və bərpaolunan birləşmələrlə dekarbonizasiya məqsədinə çatmağa töhfə verəcək” - deyə o bildirib. Luca Schieppati deyib: “İtaliyan ailələr Avropadakılara nisbətən təbii qaz üçün 19 faiz daha çox ödəniş edir. İtaliyanın təbii qaz tələbatını 12 faizini ödəyəcək TAP bu kəsiri azaltmağa kömək edə bilər. Daha çox qaz, daha çox rəqabət xərcləri azaldır”. Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru marşrut xətti boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin isə demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə hazırda biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının, eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdıran İtaliyanın “Saipem S.p.A” şirkətinin qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlaması gözlənilir. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb
15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib
15.07.2019
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Израильские ученые совершили революционный прорыв в борьбе с диабетом


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info