Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb
Tarix: 25.09.2018 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


"Zirə Foods" şirkəti Rusiyanın "Maqnit" supermarketlər şəbəkəsinə həftədə 100 ton pomidor satacaq

"Worldfood Moscow 2018" sərgisi çərçivəsində Azərbaycan məhsullarının ixracı üçün yeni müqavilələr bağlanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Moskvada keçirilən "Worldfood Moscow 2018" sərgisi başa çatıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 35 Azərbaycan şirkətinin istehsal etdiyi qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları sərgi ziyarətçilərinə və xarici şirkətlərə təqdim olunub. Vahid ölkə stendində təqdim olunan yerli məhsullarımız böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın "Ləzzət Qida Sənaye" şirkəti Rusiyanın "Qurman produkti", "Svital TD" şirkətləri, İsrailin "Myasnoy Qerbiya", BƏƏ-nin " Agthia", Fələstinin "Ayman" şirkəti ilə istehsal etdiyi məhsulların ixracına dair müzakirələr aparıb. Azərbaycanın "Balxurma" şirkəti Rusiyanın "Maqnit", "Ashan","Petyoroçka", "Azbuka Vkusa", "Vkus Vill" supermarketlər şəbəkələri ilə istehsal etdiyi məhsulların satışına dair danışıqlar aparıb. Ölkəmizdə istehsal olunan digər məhsullar kimi, meyvə-tərəvəz məhsulları da xarici şirkətlərin diqqətini cəlb edib. Azərbaycanın "Grow Group" şirkəti ilə Rusiyanın "O Key Group" şirkəti arasında pomidor ixracına dair müqavilə imzalanıb. Azərbaycanın "Zirə Foods" şirkəti isə Rusiyanın "Maqnit" supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib. Bundan başqa, "Bakı Agropark" şirkəti "Petyoroçka", "Billa", "Perekryostok" mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib. "Binə Aqro" şirkəti ilə Rusiyanın "Maqnit", "Petyoroçka" ticarət şəbəkələri və "Belaya Daça"( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb. Bununla yanaşı, "Binə Aqro" şirkəti ilə Dağıstan şirkəti arasında istixana komplekslərinin tikintisinə dair razılıq əldə edilib. Yerli məhsullar arasında həm dadı, həm də keyfiyyəti ilə seçilən Azərbaycan şərabları da ziyarətçilərin böyük marağına səbəb olub. "Aqro-Azerinvest" şirkəti və Tacikistanın "STK Faraqis" şirkəti arasında şərab və digər spirtli içkilərin ixracına dair ilkin razılıq əldə olunub. Azərbaycanın "Mars-FK" şirkəti Rusiyanın "Billa", Moldovanın "Karpineks plyus", Latviyanın "Dzintars" ticarət şəbəkələrində nar məhsulunun satışına dair müqavilə imzalayıb. Ötən il olduğu kimi, bu il də Azərbaycan "Worldfood Moscow 2018" sərgisinin rəsmi tərəfdaşı olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycandan Avropa ölkələrinə 7,5 milyard dollarlıq dəyərində məhsul ixrac edilib
16.10.2018
Regionlarda istifadəyə verilən obyektlər: yerli əhali üçün yeni iş yerləri yaradılır
16.10.2018
AZAL Tel-Əvivə uçuşların sayını artırır
16.10.2018
Neft Fondu bu il 14,3 ton qızıl alıb
16.10.2018
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info