Yaxın Şərq böyük müharibə ərəfəsində
Tarix: 25.09.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Suriyaya göndəriləcək S-300 raket kompleksi Aralıq dənizi akvatoriyasına nəzarət edəcək


Rusiyanın Suriyaya iki həftə içində S-300 raket kompleksləri verəcəyini açıqlaması dünyada geniş rezonans doğurub. Bununla kifayətlənməyən Rusiya Bəşər Əsəd hökumətinə raket komplekslərini idarəetmə qurğuları da verəcəyini elan edib. ABŞ və onun müttəfiqlərinin Aralıq dənizinin şərq hissəsinə əlavə döyüş gəmiləri topladığı bir vaxtda Əsədin ixtiyarına hava məkanını qorumaq üçün müasir raket kompleksi verməyi yeni vəziyyət yaradır. İsrail tərəfi artıq elan edib ki, əgər Suriyaya verilən S-300 kompleksləri İsrail aviasiyasına atəş açarsa, həmin kompleks məhv ediləcək. Rusiyanın müdafiə naziri Şoyqunun videomüraciətlə açıqladığı bu xəbər Suriyanın hava məkanında Əsədin üstünlüyünü bərpa edə bilər. Moskva rəsmi şəkildə elan edib ki, bu, Rusiya təyyarəsinin vurulmasına cavabdır. Yeni idarəetmə sistemləri Suriya ordusunun bir-biri və Rusiya ordusu ilə əlaqəsinin effektivliyini daha da artıracaq. Həmin komplekslər Suriya ərazisində quraşdırıldıqdan sonra hava məkanı və Aralıq dənizi akvatoriyasına nəzarət ediləcək və həmin ərazilərdən Suriyaya hücumlar dərhal qeydə alınacaq. Həmin komplekslərə dərhal həmin zərblərə cavab vermək iqtidarındadır. Komplekslərin tam gücü ilə işə düşməsi Suriyada böyük müharibəni alovlandıra bilər. Şoyqunun açıqlamasındakı bu fikirlər diqqət çəkir: “Bu komplekslər isti başları soyudacaq və onları arzuolunmaz addımlardan çəkindirəcək. Əks halda, vəziyyətə uyğun şəkildə reaksiya veriləcək”. Rusiya mediası xəbər verir ki, yeni komplekslərin istifadə qaydasını suriyalılara öyrətmək üçün müəyyən vaxt lazım olacaq. Həmin vaxta qədər Suriyada quraşdırılacaq kompleksləri rus mütəxəssislər idarə edəcək. Bir müddət sonra idarəetmə Suriya hərbçilərinə veriləcək, amma təminat üçün rusların nəzarəti saxlanılacaq. Məsələ ondadır ki, bu qurğularda insan faktoru böyük əhəmiyyət daşıyır. Suriya hərbçilərinin bu kompleksdən istifadə zamanı yol verəcəyi səhv böyük müharibəyə səbəb ola bilər. Bəzi mənbələr yazır ki, Rusiya İranla da danışılar aparır və bu ölkə ərazisindəki bazalardan birini istifadəyə götürəcək. Burada ən çox narahat olan tərəf İsraildir. Məsələ ondadır ki, Rusiya raket kompleksi ilə Suriyanın hava məkanında uçuşa yasaq bölgə yaratsa, onda İran qüvvələri də qoruma altına düşəcək ki, bu da Təl-Əvivin marağına uyğun deyil. S-300 kompleksinin məhv ediləcəyi ilə bağlı açıqlama da buna dəlalət edir. Bir məqamı da qeyd etmək lazımdır ki, Rusiyanın Yunanıstana verdiyi S-300 kompleksləri bir zamanlar İsrailin əlinə düşmüşdü və ehtimal ki, onlar kompleksi öyrənə və aviasiya qüvvələrini onlardan qorumağa müəyyən qədər də olsa, uyğunlaşdıra biliblər. Ekspertlər hesab edirlər ki, Rusiyanın bu addımı, ilk növbədə ABŞ-a yönəlib. Kimyəvi silah adı altında Suriyanı bombalamaq istəyən ABŞ üçün bu, çəkindirici faktor ola bilər. Moskva NATO-nu məlumatlandırıb ki, onların İdlibə raket zərbələrini artıq imitasiya etdiklərindən xəbərdardırlar və S-300 kompleksi buna cavabdır. Ağ Evin təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, Rusiyanın Suriyaya S-300 raketləri verməsi böyük xəta olar: “Bölgədə olan Amerika qüvvələri üçün narahatıq”. Bolton bildirib ki, Moskva bu addımı atarsa, regionda vəziyyət daha da gərginləşəcək: “Rusiya rəhbərliyi bu qərara yenidən nəzər yetirməlidir. Mayk Pompeo və Sergey Lavrov BMT-nin iclasında bununla bağlı danışıqlar aparacaqlar”.
Bölgədə olan Amerika qüvvələri üçün narahat olduqlarını, israillilərin də İrana qarşı qanuni müdafiə haqqının olduğunu ifadə edən Bolton deyib ki, İran bölgədəki təsirini itirənədək Amerika qüvvələri Suriyadan ayrılmayacaq. Bu arada onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Benyamin Netanyahu Rusiyaya məxsus ``İl-20`` tipli təyyarənin vurulması nəticəsində həlak olan hərbçilərlə əlaqədar bir daha Vladimir Putinə başsağlığı verib.
Söhbət zamanı Vladimir Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info