“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
Tarix: 25.09.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


İrəvanda sentyabrın 23-də İrəvan meriyasına seçkilərin başlamasından cəmi bir saat sonra, artıq 100-ə yaxın qanun pozuntusu qeydə alındığı barədə məlumat yayılmışdı. Bunu bir müddət sonra ermənilərin “Transparency.am” saytı da təsdiqlədi. Xatırladaq ki, bu, hələ seçkilərin başlamasından qısa vaxt sonra qeydə alınan qanun pozuntuları idi. Başqa bir maraqlı nüans: həmin ərəfədə yayılan xəbərlərdə "Mənim adımım" blokundan namizəd olan Hayk Marutyunyanın seçki kampaniyasında iştirak edən Paşinyan onu “qalib görmək istəyini” açıq şəkildə bildirirdi. Nəticə bəllidir- Hayk Marutyunyan 81,05 faizdən də artıq “səs toplayaraq” İrəvanım meri seçilib.

“Əgər seçicilərin 43,65 faizi seçkilərə qatılaraq, Paşinyanın tərəfdarına 81,05 faiz səslə “qələbə” qazandırıbsa, bu halda, seçkiyə qatılmayanların seçki ilə bağlı mövqeyi necə qiymətləndirilməlidir?”


Qeyd edək ki, ermənilərin “1in.am” saytı bu seçkilərlə bağlı bəzi şübhələrin ortaya qoyub. Sayt yazır: “Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrinin heç birində siyasi proqram seçicilərin 81,05 faizinin səsini əldə etmək iqtidarında deyil. Ermənistandakı vəziyyət ölkədəki siyasi arenanın boşluğunun və ya cəmiyyətin devalvasiyaya uğramasının göstəricisidir”. Sayt Ermənistanda siyasi müxtəliflik institutunun hələ də işləmədiyini etiraf edir. Qəribədir ki, sayt “seçkilərdəki iştirakın aşağı səviyyədə olması” ilə bağlı təxminləri ucuz siyasi və ya təbliğat manipulyasiyası kimi dəyərləndirir: “Başqa bir məsələ isə Paşinyanın mer seçkisinin nəticələrindən gözlənilən parlament seçkilərində faydalanmaq istəyidir. Məlumdur ki, Ağsaqqallar Şurasına keçirilən erkən seçkilərin nəticələri yeni bir siyasi konsensusa ehtiyac yaratdı ki, bu da yalnız erkən parlament seçkilərinin keçirilməsinin vacibliyinə əsaslanır.

Koçaryan Paşinyana qarşı iddia qaldırıb


Bu gün Ermənistanda erkən parlament seçkilərinin keçirilməsini təkcə Paşinyan deyil, həm də onunla meydan hərəkatının iştirakçısı olanlar da istəyir. Lakin unutmaq lazım deyil ki, bu gün Ermənistandakı əksər parlamentarilər ölkədəki erkən seçkilərə qarşıdır. Çünki onlar başa düşürlər ki, bu halda onlar öz mövqelərini itirmək məcburiyyətində qalacaqlar”. Qeyd edilməlidir ki, bu fikirlər “1in.am” saytının mövqeyidir. Bəs, görəsən, Ermənistandakı son seçkilərlə bağlı başqa siyasilər nə düşünürlər? Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının sədr müavini Eduard Şarmazanov son seçkiləri yalan və riyakarlığın nümunəsi kimi dəyərləndirib. Maraqlıdır ki, “ArmenianReport” saytının “cinayətkar klanın xəbərçisi” kimi dəyərləndirdiyi Şarmazanovun dedikləri reallıqdan uzaq deyil. Şarmazanov ritorik sualla çıxış edir: “Əgər seçicilərin 43,65 faizi seçkilərə qatılaraq, Paşinyanın tərəfdarına 81,05 faiz səslə “qələbə” qazandırıbsa, bu halda, seçkiyə qatılmayanların seçki ilə bağlı mövqeyi necə qiymətləndirilməlidir?”. Bu arada Ermənistanla bağlı başqa bir xəbər də maraq kəsb edir. Xəbərdə deyilir ki, Ermənistanın sabiq ikinci prezidenti Robert Koçaryan şərəf və ləyaqəti ictimai böhtanlardan qorumaq tələbi ilə məhkəmədə baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, iddia Paşinyanın Fransaya səfəri zamanı Robert Koçaryanla bağlı açıqlama verdiyi zaman səsləndirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Robert Koçaryanın oğlu Sedrak Koçaryan da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyana qarşı iddia qaldırmışdı. Sedrak Koçaryan Artur Vanetsyan tərəfindən ünvanına səsləndirilmiş böhtan üçün təzminat ödəməyi və açıq təkzib etməyi tələb edir. Məlumatlara görə, Robert Koçaryanın Paşinyanla bağlı iddiası yaxın günlərdə İrəvan şəhər məhkəməsində araşdırılacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info