Bizim alimlər Ukraynanın palçıq vulkanlarını tədqiq edirlər
Tarix: 02.07.2013 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlayıb. Krımın Kerç yarımadasında aparılan işlərdə məqsəd Xəzər və Qara dənizlərində palçıq vulkanlarının əmələgəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyevin rəhbərlik etdiyi ekspedisiya qrupu tədqiqatları Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü Filiz Əmələgəlmə Bölməsinin alimləri ilə birgə həyata keçirirlər. Tədqiqatlar 2012-ci ilin noyabrında Geologiya İnstitutu ilə Ukraynadakı sözügedən qurum arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunub. UMEA-nın əməkdaşları ötən ay azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarının geniş intişar tapmış olduğu Şamaxı-Qobustan regionunda tədqiqatlar aparıblar. Hazırkı ekspedisiya təcrübə mübadiləsinin davamıdır və palçıq vulkanlarının seysmikliklə əlaqəsinin öyrənilməsi baxımından da hər iki tərəf üçün əhəmiyyətlidir. İyunun 27-də başlamış tədqiqatlar iyulun 3-də başa çatacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info