XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
Tarix: 25.09.2018 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində sentyabrın 25-28-də hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb. Açıqlamada deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir
22.10.2018
“Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik”
22.10.2018
Hikmət Şikarov: “Star”ın açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək”
22.10.2018
Nyu-Yorkda Azərbaycanla bağlı bayram mərasimi keçirilib
22.10.2018
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info