“Azərbaycanın həm güclü iqtisadiyyatı, həm də güclü ordusu var”
Tarix: 25.09.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


“Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması genişmiqyaslı regiondaxili əməkdaşlığı möhkəmləndirəcək"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib. İclasda çıxış edən Elmar Məmmədyarov İƏT-in Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyətini BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında birmənalı olaraq işğal kimi qiymətləndirdiyini və Azərbaycana qarşı gücdən istifadəni və ərazilərin işğalını ən sərt şəkildə pislədiyini deyib. Nazir İƏT üzvü olan ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə və həmrəylik nümayiş etdirdiklərinə görə bir daha təşəkkürünü ifadə edib.
Elmar Məmmədyarov bildirib ki, münaqişənin başlamasından 25 ildən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir. Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlar aparmaqdan imtina edir, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistandakı hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi.

“Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır”

“Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı”, - deyən nazir bildirib ki, sentyabrın 26-da Nyu-Yorkda erməni həmkarı ilə görüşü planlaşdırılır. Ermənistanda davamlı qeyri-sabit daxili siyasət yürüdüldüyü və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır. Bu mənfi ssenarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərinə düşür.
Nazir deyib: “Biz ümid edirik ki, İƏT üzvü olan ölkələrin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçını beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uyğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunu təşkilatın münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçiririk. Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək”.

“Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına alır”
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə də iştirak edib. O bu görüşdə də Dağlıq Qarabağ məsələsini qabardıb: “Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir”.
Nazir deyib: "Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.
Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin genişmiqyaslı regiondaxili əməkdaşlığı möhkəmləndirəcək".

“Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil”
Yeri gəlmişkən, millət vəkili Elman Məmmədov Milli Məclisin 100 illiyinə həsr olunan iclasda Prezident İlham Əliyevin çıxışına münasibət bildirib. O, “Trend”ə açıqlamasında bu çıxışın tarixi əhəmiyyətli olduğunu deyib. Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan Cümhuriyyəti və onun parlamentinin qurucuları haqqında dəyərli fikirlər səsləndirdi: "Cənab Prezident çıxışında çox mühüm məsələlərə də toxundu. Dövlət başçısı, həmişə olduğu kimi, bu dəfə də, xüsusən, Dağlıq Qarabağ probleminin həlli üzərində dayandı və çoxsaylı xarici qonaqların iştirakını nəzərə alaraq həm düşmən tərəfə, həm də beynəlxalq qurumlara çox ciddi mesajlar verdi. Dövlət başçısı düşmən tərəfi bir daha başa saldı ki, əgər Ermənistanın indiki rəhbərliyi də əvvəlkilər kimi sərsəm mövqe sərgiləsə, bunun axırı yaxşı olmayacaq. Onlar başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Ancaq biz beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik. Lakin gedişat onu göstərir ki, Ermənistan konstruktiv mövqedən çox uzaqdır. Yəni onlar problemin sülh yolu ilə həllindən çox uzaqdırlar. Ermənistan işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil".
E.Məmmədov vurğulayıb ki, dövlət başçısı beynəlxalq qurumların bu məsələ ilə bağlı tutduğu mövqeyi haqlı olaraq tənqid etdi: "Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var və biz buna nail olacağıq. Bunun üçün həm güclü hüquqi baza yaradılıb, həm güclü iqtisadiyyatımız var, həm də güclü ordusu var".

Fuad Hüseynzadə








 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur
04.12.2018
“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info