Ərkyana söhbət
Tarix: 25.09.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


(Hekayə)
Qonşum ərzaq dükanı açmışdı və adını da “Qold” qoymuşdu. Bir gün dükana gedib qonşumla ərkyanə söhbət elədim.
- Qonşu, dükanın qapısının üstündə yazdırdığın bu “qold” sözü nə deməkdir?
- İngiliscə, qızıl deməkdir.
- Hər gün neçə ingilislə alver edirsən?
- Hələ indiyə kimi üzlərini görməmişəm.
- Yekə kişisən, onların üzlərini görmürsənsə, onlarla alver etmirsənsə, niyə dükanın adını ingiliscə yazdırıbsan?
- O, firmanın adıdır, ona görə.
- Dedim axı, yekə kişisən, sən firmanın özünü satırsan, yoxsa onun məhsulunu?
- Əlbəttə... məhsulunu.
- Məgər sən ərzaq dükanında qızıl satırsan?
- Yoox! ... Gördüyün kimi, ərzaq satıram.
- Onda niyə dükanının adını “Qold” qoyubsan? “Qold”-qızıl deməkdirsə, sən də qızıl satmırsansa, kimi aldadırsan: özünü, yoxsa alıcıları?!
- Yox ey, heç kimi aldatmıram... İndi moddu da, hamı öz dükanının adını xarici dildə yazdırır.
Söhbətin bu yerində təmkinim pozuldu və özümü saxlaya bilməyib səsimi ucaltdım:
- A kişi, sənin modun da, dəbin də başına dəysin. Bu dükanın adını öz dilimizdə yazdır ki, hamı bilsin nə satırsan. Əclafam, bir də bu dükana gəlib səndən bir qəpiklik mal alsam! Gözlə, üzünü görmədiyin xaricilərlə alver elə.
Evə qayıdarkən düşünürdüm ki, görəsən, belə dar düşüncəli “modabaz” insanlar günahkardır, yoxsa elə hamımız?

Ağasəf İmran




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info