Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
Tarix: 26.09.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın ``Azəriqaz`` İstehsalat Birliyi tərəfindən Neftçalanın Ərəbqardaşbəyli kəndi ilk dəfə təbii qazla təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun 52 yaşayış məntəqəsindən 30-u qazlaşdırılıb. Ərəbqardaşbəyli kəndi rayonun “mavi yanacaq”la təmin olunan 31-ci kəndidir. 96 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 17961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, mənzillərə 96 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər sakinləri təbrik edib və rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, rayonun Zəngən kəndinə də qaz çəkilişi başa çatıb. Yaxın günlərdə bu kəndin sakinləri də “mavi yanacaq”dan istifadə edəcəklər.
Mərasimdə çıxış edən kənd sakinləri onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Sonda kəndə qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib
11.12.2018
Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir
11.12.2018
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
11.12.2018
Səyyar “ASAN xidmət” davam edir
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info