BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 26.09.2018 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını bildirib. O, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu qeyd edib. S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və şəffaf şəkildə göstərilməsi üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması üçün aparılan işlər barədə də danışıb. S.Babayev ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət vəziyyətin mövcud olduğunu vurğulayaraq bu sahədə təkmil əsaslara söykənən siyasətin hazırlanması və həyata keçirilməsində BMT-nin Əhali Fondu ilə ardıcıl və səmərəli əməkdaşlığın formalaşdığını qeyd edib. O, xüsusilə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2018-2030-cu illər)” layihəsinin hazırlanmasında, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılmasında bu əməkdaşlığın önəmini diqqətə çatdırıb. Nazir Proqram Layihəsinin təsdiq olunması üçün aidiyyatı üzrə təqdim olunduğunu bildirib. BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Alanna Armitaj Azərbaycanda demoqrafik proseslərin inkişafının, əhalinin sabit artım tempinin, mövcud resursların əhalinin kəmiyyət və keyfiyyət artımının təmin olunmasına səfərbər edilməsinin, bu yöndə siyasətin təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, BMT-nin Əhali Fondunun bu sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini ifadə edib. Görüşdə BMT-nin Əhali Fondu tərəfindən təklif olunan Milli Transfer Hesabları layihəsi, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönəlmiş birgə fəaliyyətin Tədbirlər Planı, birgə əhali proqnozlarının hazırlanması üzrə işlərin davam etdirilməsi, proqnozlaşdırma metodologiyasının hazırlanması və tətbiqi, ölkənin inkişafına təsir edən demoqrafik və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqələrinin öyrənilməsi, ölkənin mövcud demoqrafik vəziyyətinin qiymətləndirilməsi və perspektiv inkişaf meyllərinin müəyyənləşdirilməsi üzrə kompleks tədqiqatların keçirilməsi, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması”, “Cəmiyyətin bütün yaşlar üçün qurulması: fəal yaşlaşma yolu ilə Azərbaycanda ahılların rifahının təşviq edilməsi” layihələri və digər məsələlər müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
DTX-nin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb
16.10.2018
Tkaçenko: “Azərbaycanda ölkə rəhbərliyi tərəfindən veteranlar üçün hər cür şərait yaradılıb”
16.10.2018
Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb
16.10.2018
Ən çox təmassız POS-terminalı olan bank - AtaBank!
16.10.2018
“Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info