Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
Tarix: 26.09.2018 | Saat: 12:57:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib. Diskussiya “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusuna həsr olunub.
Diskussiyada Aİİ-nin müəllimləri dosent Anar Qafarov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Aİİ-nin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, tarix elmləri doktoru, professor Musa Quluzadə və fəlsəfə elmləri doktoru Aydın Əlizadə iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev idarə edib.
Müzakirədə dini dözümlülük ənənələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Diskussiyada ölkəmizdə sovet hakimiyyəti dövründə xalqımızın milli kimliyindən uzaqlaşdırıldığı, dini-ibadət ocaqlarının dağıdıldığı, dini ayinlərin icrasının qadağan olunduğu bildirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub. Din sahəsindəki sabitliyin təmin olunması, radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, müqəddəs ibadət ocaqlarının fəaliyyəti bərpa etdirilib, yeniləri inşa olunub. Ümummilli liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, tolerantlıq ənənələrinin qorunmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.
Tədqiqatçılar Ümummilli Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan təcrübəsinin dünyanın müxtəlif ölkələrində öyrənildiyini qeyd ediblər. Bildirilib ki, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşıb. Əsrlər boyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən bir mühitdə birgə yaşayırlar. Mütəxəssislər İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmənin önəmindən danışarkən qeyd ediblər ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.
Məlumat üçün bildirək ki, Aİİ Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info