Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
Tarix: 26.09.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" ilə ünsiyyət qurmaq imkanı yaranacaq. Bu barədə Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov deyib.
Bildirilib ki, oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Qlobal İnfluenser Günü" maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya" Azərbaycana gələcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov qeyd edib ki, "İnnovasiyalar həftəsi" çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, "Keepface", "Microsoft" və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.
"İnnovasiyalar həftəsi"ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft" şirkətinin təşkil etdiyi "dəyirmi masa"da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək. Turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. Həmçinin döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuatın 144 illiyi qeyd edilib
22.07.2019
Masallının “Yeni həyat“ qəzetinin redaksiyasında Milli Mətbuat Günü qeyd edilib
22.07.2019
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info