Cəfər Cəfərov: “Yüksək nəticə göstərənlər müəllimlik peşəsini seçiblər”
Tarix: 26.09.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində 500-dən yüksək bal toplayaraq İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Azərbaycan və rus bölmələrinə qəbul olunmuş tələbələrlə görüş keçirib. Tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri, dosent Sevinc Tağıyeva iştirak ediblər. Məlumat üçün bildirək ki, bu il İbtidai təhsil fakültəsinə 129 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Bu, həmin ixtisas qrupunda çox yüksək göstəricidir.
Rektor Cəfər Cəfərov görüşdə iştirak edən müəllim-tələbə heyətini 2018-2019-cu tədris ilinin başlanması münasibətilə həm müəllim heyətini, həm də yüksək nəticə göstərmiş tələbələri təbrik edib. Nitqinə ulu öndər Heydər Əliyevin “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” ifadəsi ilə başlayan rektor bu gün cəmiyyətdə müəllim peşəsinə verilən dəyərdən, onun nüfuzundan, həmçinin bu peşə üzrə seçim edənlərlə bağlı faiz göstəricilərinin əvvəlki illərlə müqayisədə xeyli artmasından və keyfiyyət göstəricilərinin son iki ildə yüksəlməsindən bəhs edib. Qeyd edib ki, 5 il öncə qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə gedən yolda atılmış addımlar öz ilkin nəticələrini verməkdədir. Strategiyada qoyulan hədəflər çoxdur, təhsilin qarşısında duran işlər hələ tam şəkildə öz həllini tapmayıb. Qalan işlərin bir hissəsini də siz gənc nəsil həyata keçirəcəksiniz. Bu istiqamətdə keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olan addımlar atılıb. Elə bunun nəticəsidir ki, 500-dən yüksək bal toplamış 2090 nəfər abituriyent öz həyatını müəllim peşəsi ilə bağlayıb. Bu müəllimə, məktəbə qayıdışın yeni addımıdır. Bir neçə il öncə bu göstəricini görmək mümkün deyildi. Abituriyentlər artıq öz ürəklərinin səsi, daxili istəkləri ilə seçimlərini edirlər. Valideynləri onları başqa ixtisasa istiqamətləndirdikləri halda belə, müəllimlik peşəsini həmin ixtisaslardan üstün tuturlar. Yüksək nəticə göstərənlər başqa ixtisasları seçə bilərdilər, lakin onlar müəllimlik peşəsini seçiblər. Məsələn, bir tələbəmiz 670 bal toplayaraq ADPU-nun Quba Filialına qəbul olunub. Valideynləri ilə görüşümüz oldu. Onlar bildirdilər ki, biz nə qədər çalışdıqsa da, övladımız başqa seçim etmədi, müəllimlik peşəsini seçdi. Bu, insanı çox sevindirir. Lakin vacib məsələ həm də belə tələbələrin təhsil ehtiyaclarını ödəməkdir. Belə ki, universitetin tədris və maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Bu istiqamətdə addımlar atılır, uğurlu nəticələr əldə edilməkdədir. Rektor universitetin maddi-texniki bazası yaxşılaşdırıldıqdan sonra təhsillə bağlı müzakirəyə çıxarılacaq və həyata keçiriləcək məsələlərə də toxunub. Məsələn: “Yeni dövrün məktəbi necə olmalıdır?”, “Yeni dövrün müəllimi necə olmalıdır?”, “Yeni dövrün məktəblisi necə olmalıdır?”, “Nəyi əsas öyrətmək lazımdır?”. Təhsillə bağlı xarici təcrübə öyrənilməlidir, bunun üçün dil biliklərinin olması zəruridir. Yəni müasir gəncin xarici dilləri bilməsi zəruridir. Dünya resurslarına çıxış əsas etibarilə məhz ingilis dili vasitəsilə mümkündür. Belə kadrlar artıq yetişir, hətta bəziləri bizimlə birgə işləyirlər.
Rektor fakültədə tələbələrlə aparılan işdən razı qaldığını bildirib, tələbələrlə səmimi söhbət edib. Tələbələr onları düşündürən məsələlərlə bağlı suallar veriblər, eyni zamanda təşəkkürlərini çatdırıblar. Tələbələr müəllimə, Vətənə, bayrağa, anaya aid şeirlər söyləyiblər. Bu, qonaqlarda və tələbə-müəllim heyətində yüksək əhvali-ruhiyyə yaradıb. Rus bölməsi üzrə ən yüksək nəticə göstərən tələbə Səmavil Cəbrayılovaya (559 bal) və Azərbaycan bölməsi üzrə tələbə Səbinə Vahidliyə (546 bal) hədiyyələr təqdim edilib.
İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək fakültənin inkişaf perspektivlərindən danışıb. Sonra rektor Cəfər Cəfərov dekan müavini, dosent Afət Həsənovanı doğum günü münasibətilə təbrik edib və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Sonda yüksək nəticə göstərən tələbələrin şəkillərindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Nigar





 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Ali məktəblərə ixtisas seçimi başlayır
23.07.2019
50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq
23.07.2019
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub
23.07.2019
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23.07.2019
İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
3 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
4 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!
5 Пятнадцатый самолет с компонентами С-400 приземлился в Турции


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info