“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
Tarix: 26.09.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Arif Quliyev: “Azərbaycanlı məktəblilər multikulturalizmdən danışanda ukraynalı məktəblilər bunun nə olduğunu bilmirlər”


Dahi Nizami Gəncəvinin “İskəndərnamə” poemasında belə bir məşhur misra var: “Hamıdan ucadır alimin yeri”. Böyük söz sahibi olan şairimiz hələ təxminən min il əvvəl alimin kimliyini, yerini, dəyərini göstərib. Sevindirici haldır ki, bu gün öz ixtira və kəşfləri ilə dünyanı təəccübləndirən azərbaycanlı alimlərimiz də var və onlara lazımi diqqət göstərilir. Və bu kimi alimlərimiz təkcə Azərbaycanda deyil, xaricdə də öz fəaliyyətlərini davam etdirirlər. Hətta onlar bir çox ölkədə bir araya gələrək özlərinin birliklərini də yaradırlar. Belə bir ictimai təşkilat Ukraynada da fəaliyyət göstərir. Ukraynada olarkən ilk olaraq elə “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” adlı bu ictimai təşkilatının sədri Arif Quliyevlə görüşdüm. Əlbəttə ki, alimlə söhbət etmək, Ukraynada yaşayan azərbaycanlıların elm sahəsində əldə etdiyi nailiyyətləri öyrənmək mənim üçün qürurvericidir. Onu da deyim ki, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar təhsil işçisi olan Arif Quliyev min bir əziyyətlə də olsa, mütəmadi olaraq Ukrayna mediasında elmi məqalələri ilə çıxış edir.

Bərdədən Kiyevə uzanan uzun bir yol...

Oxucular tanış olsun deyə bildirim ki, Quliyev Arif Cəmil oğlu 04 iyul 1952-ci ildə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. O, 1958-ci ilin sentyabr ayında Bərdə rayonunun Dəymədağıldı kənd məktəbinin birinci sinfinə daxil olub, dördüncü sinfi bitirdikdən sonra Şirvanlı kənd orta məktəbində təhsilini davam etdirib. 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1968-ci ilin avqustundan əmək fəaliyyətinə başlayıb, kənd Soveti katibi, komsomol, partiya orqanlarında rəhbər vəzifələrdə çalışıb. İşlədiyi müddətdə bu və ya digər vəzifələrə irəli çəkilib. 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, 1984-cü ildə Bakı Ali Partiya məktəbini bitirib.
Arif Quliyev 1998-ci ildən ailə üzvlərilə birgə Ukraynanın Kiyev şəhərində yaşayır. Ukraynadakı fəaliyyəti və qazandığı uğurlar haqqında özü davam etdirsin: “Xalq qəzeti”nin Ukrayna üzrə müxbiri olmuşam. Daha sonra Azərbaycanın Ukraynadakı səfirliyində işləmişəm. Eyni zamanda 2002-ci ildə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirmişəm. 2007-ci ilin fevralında Kiyev şəhərində Beynəlxalq Elmi Texniki universitetdə dosent, 2007-ci ilin sentyabrından 2009-cu ilin sentyabrınadək Kiyev Milli Aviasiya universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda Beynəlxalq hüquq kafedrasında əvvəlcə dosent, 2009-cu ilin sentyabrından hal-hazıradək professor vəzifəsində çalışıram. Kiyev Milli Aviasiya Universitetinin Hüquq İnstitutunda və Bakı Dövlət Universiteti Hüquq fakültəsində ixtisas üzrə Elmi Şuranın və 5 elmi jurnalın redaksiya heyətinin üzvüyəm. “Ukrayna-Azərbaycan” dostluq körpüsü Beynəlxalq layihəsinin laureatıyam, Ukrayna Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüyəm, Dünya Azərbaycanlıları I, III və IV qurultaylarının nümayəndəsi olmuşam. Ukrayna Mədəniyyət Nazirliyinin “Mədəniyyət və İncəsənətin inkişafındakı xidmətinə görə” Fəxri nişanı (2006), Azərbaycan Respublikasının Ukraynadakı səfirinin (2006), Kiyev Milli Aviasiya Universiteti rektorunun (2010), Kiyev şəhəri başçısının (2011), Ukrayna mədəniyyət nazirinin (2012), Kiyev şəhər administrasiyası Elm və Təhsil Baş idarəsinin (2012) Fəxri Fərmanları ilə təltif olunmuşam”. Əlavə edim ki, Arif Quliyevə 2016-cı ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı verilib.

“Ukraynadakı alimlərimiz Azərbaycanın dəyəridir”

Arif müəllim deyir ki, Ukrayna Azərbaycanlıları Alimlər Şurası onun təşəbbüsü ilə yaradılıb: “Bura Ukraynadakı 70-dən çox azərbaycanlı alim üzv olub. Bu, Azərbaycanın dəyəridir. Biz bunları ayaqda saxlamalıyıq. Bu təşkilat barədə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dedi ki, belə bir təşkilatın yaradılması müsbət bir addımdır. “Həm də bu, azərbaycanlıların yalnız bazar adamı olması fikrini təkzib etmək baxımından da çox dəyərlidir”, deyə o əlavə etdi. Mən də onun bu fikirlərini təsdiqləyərək bildirdim ki, bizim Nizamimiz, Füzulimiz, eləcə də elm və mədəniyyət adamlarımız olanda kimin nəyi var idi?!”.
Onun əməyi sayəsində Ukraynada məktəblərdə Azərbaycan dili sinifləri fəaliyyət göstərir: “Azərbaycan diasporunun üzvü Oleq Krapivin təşəbbüsü ilə mən Bakıya getdim. Sonra Bakı Şəhər Təhsil İdarəsi ilə Kiyev Şəhər Təhsil İdarəsi arasında əməkdaşlıq yaradıldı. 2007-ci ildən Kiyevdəki 5 məktəbdə Azərbaycan dili sinifləri açılıb. Bu siniflər bu gün də öz fəaliyyətini davam etdirir. Ümumi 120-ə yaxın uşaq təhsil alır. Bunun da effekti odur ki, Kiyevdə usaqlarımız azərbaycançılıq düşüncəsi ilə böyüyürlər. Burda Azərbaycanın milli bayramları qeyd olunur. Maraqlıdır ki, bizim məktəblilər multikulturalizmdən danışanda ukraynalı məktəblilər bunun nə olduğunu bilmirlər”.
Arif müəllim Ukraynada, həm də diaspor nümayəndəsidir. Onun fikrincə, müstəqilliyin ilk illərində Azərbaycan diasporu daha güclü idi: “Təkcə Azərbaycanda yaşamaqla Azərbaycanın xaricdə hörmətini, izzətini artırmaq mümkün deyil. Mən bir dəfə Bakıda Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ilə görüşdüm. O zaman dedim ki, əgər biz Ukraynada Yuri Qaqarin də olsaq, siz bizi kosmonavt kimi tanımasanız, Ukrayna bizi tanımayacaq. Yəni deməyim odur ki, diaspora dəstək və diqqət gücləndirilməlidir”.

Fuad Hüseynzadə
(Bakı-Kiyev-Bakı)




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Müxalifətin birlik ideyası müxalifətçilər tərəfindən lağa qoyuldu
10.12.2018
Beynəlxalq insan hüquqları üçün təməl yaradan Bəyannamə
10.12.2018
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi
10.12.2018
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda sərgi açılıb
10.12.2018
Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlıq istiqamətləri müzakirə edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info