“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
Tarix: 26.09.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf Kərimov qurumun qarşıya qoyduğu məqsədlərdən danışıb. O bildirib ki, əsas məqsədləri dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdır: “Dünyada hər millətin özünəməxsus xüsusiyyətləri vardır. Kimisi qonaqpərvərliyi, kimisi qəhrəmanlığı, kimisi isə mənəvi və mədəni irsilə tarixin dərin səhifələrinə kök salmışdır. Lakin bir millət də var ki, o bu xüsusiyyətlərin tamamını özündə birləşdirir. Bu mənim millətim olan - Azərbaycan türküdür...! Dünya xalqları ilə yanaşı, Azərbaycan türkü də hər zaman istər qəhrəmanları ilə, istərsə də tarixi simaları ilə tarixdə öz sözünü deməyi bacarmışdır. Məhz elə bunun nəticəsidir ki, bu xalqın mərd və igid oğul-qızlarının səsi hələ də yüksək tribunalardan gəlməkdədir. Bu gün sizləri məlumatlandırmaq istədiyim Birləşmiş Dünya Azərbaycanlılar Təşkilatı (BDAT) elə həmin yüksək tribunalardan biridir”.
Sərraf Kərimovun fikrincə, vətəndən uzaqda yaşayan Azərbaycan türklərinin birlik nümayiş etdirməsi və Azərbaycan lobbilərinin yaranıb güclənməsi Azərbaycanın daxili və xarici siyasətinin inkişafı üçün çox əhəmiyyətlidir: “Bu yöndə apardığımız iş birliklərinin və danışıqların səmərəsi çox yaxın vaxtlarda öz nəticəsini verəcəkdir. BDAT-ın qarşısına qoyduğu ilk məqsədlərindən biri bütün dünyada Azərbaycan türklərinin qarşılaşdığı problemlərin dünya arenasında və beynəlxalq təşkilatlar tərəfindən həll edə bilinir dərəcədə ictimailəşməsinə yardımçı olmaqdır. Vətənimizi xaricdə təmsil edən bir sıra təşkilatlar var ki, onların vasitəsilə bir çox insanlarımızın qarşılaşdığı problemlər uğurla həll olunmuşdur. Buna misal olaraq Tatarıstanda rəhbərlik etdiyim diasporu göstərə bilərəm. Belə ki, Tatarıstan dünya türklərinin üçüncü Vətəni hesab olunur. Və ora bir sıra türkmənşəli xalqların birləşdiyi mərkəzdir. O cümlədən Azərbaycan türklərinin də...”.
BDAT rəhbəri bildirib ki, lobbilərimiz və diasporlarımız xarici ölkələrdə Azərbaycan vətəndaşları ilə görüşlər keçirməli, onların problem və qayğıları ilə yaxından maraqlanmalı, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verməlidirlər: “Harada olursa olsun, azərbaycanlıların birlikdə bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplaya bilək. Eyni zamanda Azərbaycandan kənarda yaşayan soydaşlarımız da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
“Tramp Ermənistanı cəzalandırır”
23.07.2019
Массовый побег армян в Россию
23.07.2019
Müxalifətin başı daxili “düşmənlərə” qarışıb
22.07.2019
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
22.07.2019
Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
3 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
4 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!
5 Пятнадцатый самолет с компонентами С-400 приземлился в Турции


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info