Paşinyan erməni cəmiyyətini “xeyir və şər“ qüvvələrə bölüb
Tarix: 26.09.2018 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


“Onun BMT-dəki çıxışı Ermənistanın milli maraqlarına yox, şəxsi maraqlarına uyğundur”

«Bu hakimiyyət ictimaiyyətin yardım fondundan istifadə edərək, ölkədəki ünsiyyət dilinin təməl və formulunu dəyişməyə çalışır». Bu fikirləri erməni politoloq Stepan Safaryan «News. am» saytına danışarkən bildirib. O deyib: «İrəvan şəhər meriyasına keçirilən seçkilərin 81 faizli «qələbəsi», təbii ki, baş nazir Nikol Paşinyanın sayəsində əldə olunub. Belə ki, «məxməri inqilab»dan sonra Ermənistanda ilk dəfə keçirilən seçkilərin nəticələri hələ də ölkədəki bəzi qüvvələri şübhə ilə üz-üzə qoyub».
Qeyd edək ki, ermənilərin «1in.am» saytında bu məsələ ilə bağlı yer alan digər bir yazı da xüsusi maraq kəsb edir. Yazıda deyilir: «Ermənistanda İrəvan meriyasına keçirilən seçkilərin nəticələri hazırda Ermənistanda heç bir siyasət sahəsinin olmadığını ortaya qoydu. Əgər ölkədəki siyasi təşkilatlardan biri 81 faizdən də artıq, qalan 11 siyasi təşkilat isə ümumilikdə 18 faiz səs toplayırsa, deməli, bu, ölkədəki siyasi sahənin mövcudsuzluğunun göstəricisidir. Bu, necə dəyərləndirilməlidir, yaxşı, yoxsa pis? Ümumiyyətlə, perspektiv üçün, əlbəttə ki, bu pisdir, çünki siyasi rəqabət ölkənin tərəqqisinin ən vacib vədlərindəndir: demokratiyanın əsas pillələrindən biri, qanunun aliliyi və konstitusiya hakimiyyətidir». Daha sonra sayt Ermənistandakı mövcud olan siyasi qüvvələrin sabiq hakimiyyətin ardıcıl səyləri ilə məhv edildiyini bildirir.
Maraqlıdır ki, erməni baş nazir Paşinyan İrəvandakı son seçkilərlə bağlı deyilənlərlə razılaşmır. O, İrəvan meriyasına keçirilən seçkilərdən fərqli olaraq, Ermənistan parlamentinin erməni xalqının iradəsini əks etdirməməsinə baxmayaraq, hələ də işləməyə davam etdiyini bildirir. Onun sözlərinə görə, bunun səbəbi, qanunverici quruluşun vaxtilə seçki prosesini pozmaqla, inzibati resurs və təzyiqlərdən yararlanaraq formalaşmasıdır. Paşinyan İrəvandakı şəhər merliyinə keçirilən seçkilərin «azad və ədalətli» xalq üçün də ciddi bir imtahan olduğunu bildirib: «Biz artıq bu seçkinin davamı kimi erkən parlament seçkilərinə hazırlaşırıq».
Ermənistan Respublikaçı Partiyası da İrəvan meriyasına keçirilən seçkilərə münasibət bildirib: «Respublikaçı Partiyası cəmiyyətin ekstremal qütbləşməsi təhlükəsinin qarşısını almaq üçün İrəvandakı erkən meriya seçkilərinə qatılmadı. Təəssüf ki, "Mənim addımım" bloku və şəxsən baş nazir Nikol Paşinyan cəmiyyəti "xeyir və şər" tərəflərə bölmək prinsipi əsasında təşviqat kampaniyası həyata keçirdi. Bu, səsverməyə təhlükəli və ümidsiz bir yanaşmaya, seçki gündəminin təhrif edilməsinə gətirib çıxardı. Məhz elə bunun nəticəsidir ki, paytaxt sakinlərinin əksəriyyəti bu yanaşmanı dəstəkləməyərək seçkilərə qatılmadılar. Bunu seçkiyə qatılanların sayı da təsdiq edə bilər. Lakin, buna baxmayaraq, ciddi bir siyasi dialoq üçün vaxt yetişib. Bu gün erməni xalqı Paşinyandan çətinliklərdən qurtulmaq üçün praktik addımlar gözləyir».
Maraqlıdır ki, erməni politoloq Levon Şirinyan Ermənistandakı meriya seçkilərini «dünyada analoqu olmayan seçki kimi» sırımağa çalışır. O, hətta Moskvanı da Ermənistandakı seçkilərdən nümunə götürməyə çağırır. «1in.am» saytına verdiyi açıqlamada «Paşinyanın rəhbərliyi altında erməni xalqının «parlaq gələcəyə» istiqamət aldığını bildirən Şirinyan dünyanın hələ də bunu qiymətləndirə bilmədiyini bəyan edir.
Bəlkə də, «dünyanın erməniləri hələ də qiymətləndirmədiklərini» deyən Şirinyan, haradasa haqlıdır. Çünki dünya, doğrudan da, Paşinyanı qiymətləndirsəydi , onu təkcə Amerikada görüşdüyü dünya siyasətçiləri deyil, həm də erməni əsilli amerikalı iş adamları da “əli ətəyindən uzun” yola salmazdılar.
Maraqlı bir açıqlama ilə parlamentin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan çıxış edib (“armenianreport.com”). O, Paşinyanın BMT-dəki çıxışı haqda deyib ki, baş nazir Ermənistanın milli maraqlarına yox, şəxsi maraqlarına uyğun çıxış edib:” Siz küçələri bağlaya bilərsiniz, amma ağzımızı yuma bilməzsiniz”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb
18.10.2018
Camal Kaşıkçının qətlində şübhəli bilinən şəxs avtomobil qəzasında ölüb
17.10.2018
Erməni polisləri sərhəddə xidmətdən imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info