Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək
Tarix: 26.09.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib. Nazirlikdən bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər Strateji Yol Xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.
Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək. Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpaolunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti kimi məsələlər nəzərə alınmalı və digər ölkələrin təcrübəsindən istifadə edilməlidir. Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Avropa İttifaqı ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Azərbaycandan Avropa ölkələrinə 7,5 milyard dollarlıq dəyərində məhsul ixrac edilib
16.10.2018
Regionlarda istifadəyə verilən obyektlər: yerli əhali üçün yeni iş yerləri yaradılır
16.10.2018
AZAL Tel-Əvivə uçuşların sayını artırır
16.10.2018
Neft Fondu bu il 14,3 ton qızıl alıb
16.10.2018
Gömrük əməkdaşlarının potensialının artırılması sahəsində tərəfdaşlıq əlaqələri gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info