“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
Tarix: 26.09.2018 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim davam edir.
Qusar rayonunda keçirilən təlimdə bu gün Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev təqdimatlarla çıxış ediblər. Təlim iştirakçıları "Malların gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi", "Yaşıl dəhliz" və digər buraxılış sistemləri", "Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər", "Sərnişinlər üçün nəzərdə tutulan "Yaşıl dəhliz" və "Qırmızı dəhliz" buraxılış sistemləri", "Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu" mövzularında məlumatlandırılıb.

Günün ikinci yarısında isə təlim iştirakçıları Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postuna səfəri təşkil olunub və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradılıb. Media nümayəndələrinə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verildikdən sonra onlar idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.
Eyni zamanda media nümayəndələri Nazirlər Kabinetinin 305 saylı qərarının icrasının tətbiqini müşahidə ediblər. Xatırladaq ki, sentyabrın 25-də başlayan tədbir ayın 29-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbin açılışı olub
19.10.2018
Aİİ 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd edib
19.10.2018
Mübariz Qurbanlı Göyçayda vətəndaşları qəbul edəcək
19.10.2018
“Hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur”
19.10.2018
Azərbaycanda yetişdirilən “Apollo“, “Mexo“, “Okeana“nın yerli düyülərdən fərqi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info