Saatlının daha bir kəndi təbii qazla təmin olunub
Tarix: 27.09.2018 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Saatlının Məzrəli kəndinə ilk dəfə təbii qaz verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 223 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 16221 metr olan metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açılıb, kəndlərə təbii qazın verilməsi regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirilib. Bildirilib ki, Məzrəli kəndi də daxil olmaqla, son iki ildə rayonun 44 yaşayış məntəqəsindən 33-nə təbii qaz verilib. Hazırda rayonun Azadkənd kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda bu kəndə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrin sayı 34-ə çatacaq.
Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info