Tibbi-sosial ekspertiza ilə bağlı regional müşavirə keçirilib
Tarix: 27.09.2018 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Quba şəhərində keçirilən regional müşavirədə Tibbi-sosial ekspertiza və və həkim-məsləhət komissiyalarının birgə fəaliyyəti təhlil edilib. Səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkədə fiziki məhdudiyyətli vətəndaşların tibbi müayinəsi və müalicəsi işləri təkmilləşdirilməkdədir. Nazir müavini əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində davamlı işlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin İşçi Qruplarının fəaliyyət göstərdiyini deyən R.Əliyev əlilliyin qiymətləndirilməsi prosesində baş verən nöqsanların tam aradan qaldırılması üçün araşdırmaların davam edəcəyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Hidayət Abdullayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrup tərəfindən 2018-ci ilin ötən dövrü ərzində aparılmış əlillik təyinatlarının təhlili aparılıb və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər araşdırılıb. Araşdırmanın nəticələrinə görə risk qrupu xəstəliklər üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış əlillik dərəcələri daha aşağı dərəcə ilə əvəz edilib və ya ləğv edilib. H.Abdullayev qeyd edib ki, bununla yanaşı, normativ–hüquqi aktların təkmilləşdirilməsi, mütərəqqi yanaşmalara uyğun əlilliyin qiymətləndirilməsi meyarlarının hazırlanması istiqamətində müvafiq işlər görülür. İnzibatçılığın təkmilləşdirilməsi və ünvanlılığın təmin edilməsi məqsədilə əlillik təyinatı üçün göndərişlərin rəsmiləşdirilməsi ilə əlaqədar mövcud prosedurlara və sənədlərə dəyişikliklər Səhiyyə Nazirliyi ilə razılaşdırılıb. H.Abdullayev vurğulayıb ki, iki qurumun əməkdaşlığı nəticəsində artıq hemodializ xəstələrinin reyestri üzrə məlumatların elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi təmin edilib. Bu xəstəlik üzrə göndərişlər rəsmiləşdirilib ötürüldükdən sonra elektron informasiya sistemi tərəfindən reyestr ilə uzlaşdırılır və təsdiqini tapmayan göndərişlər qiymətləndirməyə buraxılmadan dərhal geri qaytarılır. Müşavir analoji yanaşmanın peşə xəstəliyi üzrə də tətbiq olunacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info