Pambığın alış qiymətinin artırılması neftçalalı fermerlər tərəfindən rəğbətlə qarşılanıb
Tarix: 28.09.2018 | Saat: 09:23:00 | E-mail | Çapa göndər



Pambığın növlər üzrə mövcud alış qiymətinin 50 manata qaldırılması neftçalalı fermerlərdə böyük ruh yüksəkliyi yaradıb. İndi məhsul istehsalçıları becərdikləri pambığı son qozasınadək topalamaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il neftçalalı fermerlər 7 min hektar sahədə pambıq əkiblər. Səpin dövründən tutmuş yığıma kimi bütün işlər aqrotexniki qaydada həyata keçirildiyindən tarlalarda bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə pambıq sahələrindən 1500 tondan çox məhsul toplayaraq tədarük məntəqələrinə göndəriblər.
Uzun illər pambıqçılıqla məşğul olan təcrübəli pambıq ustası Ələddin Muradov cari təsərrüfat ilində 10 hektar sahədə pambıq becərib. “Ötən il əkdiyim 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul yığaraq 18 min manat qazanc götürmüşəm. Bu il də sahəmdə məhsul boldur. İndiyədək 2 hektar sahənin məhsulunu toplamışam. Hər hektarın məhsuldarlığı 35 sentner olub. İlk nəticə göstərir ki, bu mövsüm sahədən 35 tondan çox məhsul toplaya biləcəyəm. Bu da 22 min manat qazanc deməkdir. Dövlətin pambıqçılığın inkişafına verdiyi dəstək, məhsulun alış qiymətinin ilbəil artırılması fermer dostlarım kimi mənim də işə olan marağımı artırıb. Dövlətin dəstəyinə arxalanaraq növbəti illərdə əkin sahəmi 15 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub
10.08.2020
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - Rəsmi açıqlama
10.08.2020
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
09.08.2020
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
08.08.2020
Seymur Orucov növbəti dəfə Ağstafa şəhərinə baxış keçirib-FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info