Müxalifət iki yerə parçalanıb
Tarix: 02.07.2013 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Onsuz da “milli şura” cəmiyyətdən dəstək ala bilməyəcək, həmin başçılar isə antiazərbaycan layihəsində iştirak etdikləri üçün peşman olacaqlar”
“İstəmirik ki, Azərbaycanın suverenliyi, müstəqilliyi yenidən hansısa dairələrin təsiri altına düşsün”
Müxalifət hazırda seçki ərəfəsində iki bir-birinə zidd qütbə parçalanıb. Özünü Rusiyadakı bəzi dairələrin əlaltısı kimi cəmiyyətə sırımağa çalışan, ölkəni açıq-aşkar xarici təsirə məruz qoymağa cəhd edən “milli şura” və “milli şura”nın bu antimilli fəaliyyətinə qarşı olan müxalif partiyalar. Müxalifət partiyalarının və güclərinin çoxu “milli şura”da təmsil olunmur və onun fəaliyyətini zərərli, qəbuledilməz sayır. Bu cəbhəyə ADP, VİP, BAXCP, BQP, Azadlıq Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Qüvvələrin Məşvərət Məclisi və sair müxalif güclər daxildir. Bu qüvvələr “milli şura”nın xarici dairələrin əlaltısına çevrilməsi ilə Azərbaycan siyasi arenasını xaricdən asılılıq sindromuna yoluxdurmağa çalışmasına qarşıdırlar.
“Palitra”ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev bildirdi ki, əslində Azərbaycanda keçirilən seçkyə beynəlxalq nöqteyi-nəzərdən yanaşdıqda müxalifətin iki qütbə bölündüyünü görmək olar: “Bu qütblərdən biri də “milli şura”dır. Bu qurum açıq-aşkar Rusiyadakı müəyyən dairələrin layihəsidir. Bir sıra müxalifət partiyaları da bu layihədə iştirak etməyə qərar veriblər. Həmin müxaliflər Rusiyadakı bəzi dairələrlə müttəfiqlik istəklərini ortaya qoyublar. Onlar çalışırlar ki, öz maraqlarını həmin xarici dairənin maraqları ilə uzlaşdırsınlar. Digər müxalif qütb isə hər hansı xaricdəki dairələrlə maraqlarının uzlaşdırılmasını məqsədəuyğun hesab etməyən müxalif partiyalardır. Bu partiyalar içərisində də məsələ ilə bağlı olaraq susan, yaxud bir qədər yumşaq mövqe sərgiləməyə meyilli olanları var. Bundan başqa, “milli şura” daxilində də əks tərəflər var, orada Rüstəm İbrahimbəyov tərəfdarları ilə Müsavat arasında qarşıdurma var. Bütün bunları nəzərə alanda müxalifətin seçki ilə bağlı əslində sadəcə, iki qütbdən ibarət olmadığı da bəlli olur”.
Ə.Əliyev qeyd etdi ki, sədri olduğu partiya əslində “milli şura”ya qarşı olmaq prinsipi ilə fəaliyyət göstərmir: “Hələ “milli şura” adlı qurum ortaya çıxmamış, biz bildirirdik ki, bəzi xaricdəki dairələr bu seçkilərdə Azərbaycana qarşı revanş əldə etmək istəyir. Biz bunu daha öncədən də dəfələrlə mətbuatda gündəmə gətirmişik. “Milli şura” elan olunmamış, fevral ayından biz bu barədə prinsipial mövqe ilə çıxış etməkdəyik. Ümumiyyətlə, xarici dairələrin antiazərbaycan siyasəti ilə bağlı ortaya çıxan bütün təzahürlərə qarşı etirazımızı və bunlara qarşı fəaliyyət aparacağımızı hər dəfə bildirmişik. İndi isə “milli şura” layihəsi ortaya çıxıb. O, cəmiyyətə özünün Rusiyadakı bəzi dairələrin əlaltısı olduğunu açıq şəkildə təqdim etməyə, bu barədə rəy formalaşdırmağa çalışır. “Milli şura”da özünü qərbyönümlü sayan bəzi partiyaların avrointeqrasiya tələbləri belə, müəyyən şərtlərlə məhdudlaşdırıldı. Bu da açıq-aşkar Rüstəm İbrahimbəyov qrupunun yönümünü göstərir. Bütün bunlara görə də “milli şura”nı Azərbaycana xeyri olmayan, xaricə göz dikən və zərərli bir təşkilat kimi görürük, onları hədəfə almışıq. Bu cür antimilli yolu kim tutsa, kimliyindən asılı olmayaraq ona qarşı çıxacağıq. İndi bu antimilli yolda “milli şura”dır. Biz də ona qarşıyıq. Biz istəmirik ki, Azərbaycanın suverenliyi, müstəqilliyi yenidən hansısa dairələrin təsiri altına düşsün. Bunu arzulayan “milli şura”dakılara qarşıyıq və daha da kəskin, barışmaz olacağıq. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ itkisi kimi fəlakətlərlə gələcəkdə də üzləşməmək üçün bu cür antimilli layihələrin qarşısını alacağıq. Çünki bu mərhələlər Azərbaycan üçün artıq keçilmiş hesab edilir və bu mərhələlərdə itirdiklərinin əvəzini hazırda Azərbaycan dövləti geri qaytarmağa çalışır. Ona görə də bir daha həmin dairələrin təsiri altına düşüb yenidən geri qayıtmağa cəmiyyətimizi vadar etmək ən zərərli və təhlükəli işdir. Ona görə də “milli şura”da təmsil olunan bir sıra müxalifət başçılarını bu yanlış yoldan nə qədər gec deyil, geri çağırıram. Onsuz da “milli şura” cəmiyyətdən dəstək ala bilməyəcək, həmin başçılar isə antiazərbaycan layihəsində iştirak etdikləri üçün peşman olacaqlar”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info