Bilik Fondu “Ümumdünya turizm günü”nə həsr olunmuş tədbir keçirdi
Tarix: 28.09.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncənəsət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin tələbələri üçün “Azərbaycan turizmi və onun inkişaf perspektivləri” mövzusunda mühazirə keçirilib. Tədbirdə ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Fondun Lektorlar Qrupunun üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Növrəsli və universitetin Kulturologiya fakültəsinin tələbələri iştirak ediblər. Mühazirəçi T.Növrəsli tədbirdə Azərbaycanın turizm potensialı, turizmin inkişafının nəzəri və praktik əsasları barədə maraqlı nitq söyləyib. Bildirilib ki, müasir dünyada turizm ən dinamik sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Tədbir fikir mübadiləsi ilə davam etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info