Almaniyada yaşayan soydaşlarımız Koordinasiya Şurası yaradır
Tarix: 28.09.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Almaniyada yaşayan soydaşlarımız “Almaniya Azərbaycanlıları Koordinasiya Şurası” yaradır. Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Soydaşlarımız da hesab edir ki, artıq, dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə, özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının “....Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir” fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.
Məhz, bu zərurətdən irəli gələrək, Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar. Soydaşlarımızın verdiyi informasiyaya görə, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcəkdir. Təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər, İsveçrə və Fransaya da səfəri planlaşdırlır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüşəcəkdir.

Fuad





 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
18.06.2019
MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO
18.06.2019
Qulam İshaqzai: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir”
18.06.2019
Surət Hüseynov AXC-Müsavat hökumətini ermənilərlə əlaqədə ittiham edir
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info