Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin sərgi-satışı
Tarix: 29.09.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunduğunu bildirib. Qeyd edib ki, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Qadınlar və məhdud fiziki imkanlı şəxslər peşə məktəblərinə cəlb olunur, xalçaçı, dərzi, toxuculuq kimi peşə kurslarında onlara el sənəti nümunələrini hazırlamaq öyrədilir. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır.
Sahir Rüstəmov məhdud fiziki imkanlılar və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunmasını bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib, sərgi-satışın iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır.
Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxışında qeyd edib ki, bu gün muxtar respublikanın bütün sakinləri kimi, sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Həyata keçirilən bu siyasətin tərkib hissəsi kimi istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satışa, ümumilikdə, 188 müəllifin 2427 rəsm əsəri və əl işi çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info