Qadınlar üçün Mentor Klubu yaradılacaq
Tarix: 02.07.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin DAYAQ Mentorluq Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə partnyorluq çərçivəsində konfrans kecirib. Tədbirdə ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhramanova, millət vəkili Sevinc Hüseynova, Bələdiyyələrin Milli Assosiasiyasının, bələdiyyələrin, yerli və beynəlxalq təşkilatların, QHT və KİV nümayəndələri iştirak edirdi. Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin yerli koordinatoru olan DAYAQ Mentorluq Proqramının ümumi məqsədi Azərbaycanda qadınların ictimai həyatda iştirakını gücləndirmək və yerli səviyyədə, bələdiyyələrdə daha çox gender yönlü idarəetməni təmin etməkdir. Qeyd edək ki, 2009-cu ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 243 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,5% olub. Əvvəlki 2004-cü il bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib. Seçilən qadın bələdiyyə üzvlərindən 302 nəfəri bələdiyyə sədri seçilib. Baxmayaraq ki, bu nəticələrin əldə olunması kəmiyyət nöqtəsi nəzərdən vacib nailiyyətdir, seçilmiş qadın nümayəndələrinin əksəriyyəti hələ də təcrübəsizdir, onların bilik və bacarıqları kifayət qədər deyil. Bu mənada Mentorluq Proqramı seçilmiş qadınların qərar vermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır. Mentorluq anlayışı qadınların geniş iştirakı üçün hərtərəfli yanaşmaları yaradıb. Bu üsula əsaslanaraq mentor və stajor bir araya gəlir və elə bir güclü əlaqə yaradır ki, bu əlaqə vasitə ilə mentor stajora bilik, ictimai və psixoloji dəstək göstərir, karyerada təkmilləşmək və nailiyyətlər əldə etmək üçün köməklik edir. Mentorluq Proqramı 4 mərhələyə əsaslanıb: üz-üzə mentorluq əlaqələrin yaradılması, təlimlərin keçirilməsi, gender yönlü layihələrin dəstəklənməsi və mentor-stajor şəbəkəsinin yaradılması. Layihədə Bakı Qaradağ, Sumqayıt və Abşeron rayonun 10 bələdiyyəni təmsil edən 11 nəfər qadın Stajor və Vətəndaş Çəmiyyətini təmsil edən 11 nəfər qadın Mentor iştirak etdi.
Konfransda DAYAQ Mentorluq Proqramı və onun 1 illik fəaliyyəti haqqında geniş təqdimatlar oldu, Mentor-Stajor Şəbəkəsinin inkişafı üzrə diskussiyalar aparıldı və ölkədə Mentor Klubun yaradılması təklifi dəstəkləndi.
Qeyd edək ki, Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatı/GIZ hökümətlərarası razılaşmaya əsasən 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info