“Azərbaycanın “Smerç” reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir”
Tarix: 02.07.2013 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


“Karabakh-open” portalına müsahibə verən Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan Rusiyanın Azərbaycana böyük həcmdə silah satışına münasibət bildirərkən deyib ki, Rusiya ermənilərə qarşı yeni soyqırımı hazırlayır.
Karapetyan bu silahların minlərlə erməninin məhvinə yönəldiyini ifadə edib: “Düşünmürəm ki, Rusiya silah sataraq Cənubi Qafqazda balansa riayət etməyə çalışır. Əksinə o, vəziyyəti közərdir və öz bazasını gücləndirir, hansı ki Ermənistana aid deyil. Xüsusilə Azərbaycanın «Smerç» reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndinə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq». A. Karapetyan bildirib ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır: «Niyə balans üçün onlar bizə «Smerç» və qırıcı təyyarələr vermirlər?». Rusiyanın Ermənistanda yerləşdirdiyi «İskəndər» operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: «Bundan başqa, «İskəndər» qərargahlara və ayrı obyektlərə qarşı yönəldilmiş ola bilər. Amma «Smerç» - kütləvi qırğın yaradan silahdır. Bir «Smerç» maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda «Smerç» atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda «Smerç»ləri tətbiq etməsi ermənilərin soyqırımı deməkdir. Rusiya müəyyən etməlidir - biznesmendir və ya ciddi dövlət?»
Cavidan




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info