“Gürcüstan iqtisadi böhrandadır”
Tarix: 02.07.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Gürcüstan prezidenti baş naziri təcili məsələləri həll edib ölkəni iqtisadi böhrandan xilas etməyə çağırıb. O, baş nazirə ölkənin iqtisadi durğunluqdan çıxışı üçün dialoqa başlamağı təklif edib.
“Ölkədə ÜDM-in artımı sıfra bərabərdir, hərçənd biz bu il 11 faiz artım gözləyirdik. Mən anlamıram, necə bu vəziyyətə düşmək olar”-deyə Mixail Saakaşvili müraciətində bildirib.
O vurğulayıb ki, bütün statistik məlumatlar göstərir ki, ölkə iqtisadi böhrandadır, hansı ki bu böhran tezliklə milli təhlükəsizliyi təhdid altına qoya bilər.
Prezident qabaqcadan nəzərdə tutulmuş böyük infrastruktur layihələrindən imtina etməyi, investisiyaların ixtisarını iqtisadiyyatın durğunluğunun əsas səbəbi hesab edir. “Biz Lazika limanının layihəsinin reallaşdırmasına qayıtmalıyıq, çünki xüsusilə, Əfqanıstandan qoşunların çıxarılması fonunda əlavə investisiya amili olacaq və biz bu layihəni həyata keçirməliyik ki, Qərbi Gürcüstan inkişaf edə bilsin”-deyə o vurğulayıb.
Saakaşvili qeyd edib ki, hələ ki onun idarə etdiyi hökumət tərəfindən qoyulmuş pullar var, amma bir gün bu tükənəcək və o zaman yeni gələcək hakimiyyətin heç nəyi olmayacaq: “Bu da o deməkdir ki, ölkənin gələcəyi üçün heç nə qalmayacaq. İvanişvili gedəcək, o bu haqda açıq danışır və ölkəni heç nəsiz qoyacaq. Biz isə sınmış təknədə olacağıq”.
Saakaşvili baş nazir Bidzina İvanişvilini ölkənin ehtiyaclarına öz milyardlarını xərcləməyə başlamağa çağırıb, çünki əgər iqtisadiyyat tənəzülə uğrasa, onu artıq oradan xilas etmək qeyri-mümkün olacaq.
Gürcüstan prezidenti həmçinin qeyd edib ki, ölkənin iqtisadi situasiyasının pisləşməsi Gürcüstanın siyasətinin Qərb tərəfindən tənqid olunmasından da asılıdır.
Saakaşvili yaranmış vəziyyətdən çıxış yollarını axtarmaq üçün hökumətlə danışıqlara hazır olduğunu ifadə edib.
Ülkər




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info