“Bakcell”in Zaqatalada yeni satış və xidmət mərkəzi açılıb
Tarix: 01.10.2018 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


“Palitranews.az” xəbər verir ki, sentyabrın 28-də Zaqatala rayonunda “Bakcell” şirkətinin yeni Satış və Xidmət Mərkəzinin açılışı olub. Şəhərin Faiq Əmirov 4A ünvanında yerləşən bu mərkəzdə “Bakcell”in abunəçilərinə tam çeşiddə xidmətlər göstəriləcək. Mərkəzin açılışında iştirak edən “Bakcell”in Baş icraçı direktoru Nikolai Becker deyib: “Dünən Qəbələdəki mərkəzin açılışında da şahidi oldunuz ki, biz şəbəkəmizi Azərbaycanın regionlarına doğru inkişaf elətdiririk. Bu gün isə biz Zaqataladayıq. Və bu, təkcə mobil rabitə şəbəkəsi deyil, satış və mağazalar şəbəkələrinə də aiddir. Sizi burada görməkdən çox məmnunuq və inanırıq ki, yeni mağazamızı bəyəndiniz”.
Baş icraçı direktor açılış tədbirinə əli boş gəlmədiklərini bildirib: “Əlimdə gördüyünüz “4G DataKartın”ı bu mərkəzə yaxınlaşan və buranın xidmətlərindən istifadə edən ilk 50 abunəçi əldə edəcək. Və bu datakartla bir yerdə eyni zamanda 1 aylıq pulsuz internet trafiki qazanacaq”. Qeyd edək ki, açılış zamanı bu hədiyyənin ilk sahibləri də bəlli olub. Onlar Zaqatala şəhər sakinləri Tərlan Cabbarov və onun nişanlısı olub.
Xatırladaq ki, ötən gün “Bakcell”in Göçayda rəsmi diler dükanı, Qəbələdə isə ilk satış və xidmət mərkəzinin açılışı olub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info