“ABŞ Berlini “üçüncü dərəcəli” tərəfdaş sırasına daxil edib”
Tarix: 02.07.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı dinləmələrə görə ABŞ-la sərbəst ticarət anlaşmasının təxirə sala bilər

ABŞ kəşfiyyatının agenti Edvard Snoudenin açıqladığı və dünya mətbuatında yayılan gizli sənədlər Avropa ilə Amerikanı üz-üzə qoyub. Bu sənədlərdən belə məlum olur ki, ABŞ təkcə İraq, Çin və ya İranı deyil, Avropadakı əsas müttəfiqlərini də izləyirmiş. Snoudenin yaydığı ilk sənədlərdən sonra Vaşinqtonun xüsusi xidmət orqanlarının internet severlərini idarə etdikləri, bütün elektron yazışmalara nəzarət etdikləri məlum oldu. Sonradan yayılan sənədlər isə ABŞ kəşfiyyatının Avropanın əsas dövlətlərini də dinlədiyini üzə çıxardı. Avropa Birliyinin üzvü olan dövlətlərin ABŞ-dakı səfirlikləri, Brüsseldəki rəsmi dairələrdəki telefon danışıqları nəzarət altında imişi. Kim nə danışırmışsa, ABŞ-ın ondan xəbəri olurmuş. “Guardian”ın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları bir çox ölkənin Vaşinqtondakı səfirlikləri və BMT-dəki nümayəndəliklərində də izləmə və dinləmə aparıb.
Avropa İttifaqının Brüssel qərargahı, BMT-dəki missiyası və Vaşinqtondakı nümayəndəliyi də izlənilib. Üzv dövlətlər arasındakı fikir ayrılıqlarını öyrənmək üçün Avropa İttifaqı nümayəndəliklərində izləmə qurğusu yerləşdirilmiş faks aparatlarından istifadə edilib. Belə çıxır ki, Britaniya xaric Avropanın bütün əsas dövlətlərinin telekommunikasiya şəbəkəsi amerikalıların nəzarəti altında imiş. Bu məsələdən ən çox hiddətlənən Almaniya dövləti olub. Qeyd edək ki, “Şpigel”in sabiq kəşfiyyatçı Edvard Snoudenə istinadən yaydığı məlumata görə, ABŞ Berlini “üçüncü dərəcəli” tərəfdaş sırasına aid edib. Ölkə Çin, İraq və Səudiyyə Ərəbistanı ilə bərabər səviyyədə izlənib. ABŞ xüsusi xidmət orqanlarının Almaniyada sutka ərzində 20 milyon telefon danışığı və 10 milyondan artıq internet əlaqəsinin izlədiyi açıqlanıb. “Şpigel” nəşri yazır ki, bu hadisənin üzə çıxması göstərir ki, Almaniya ABŞ üçün müttəfiq yox, hədəfdir: «Hələlik bizim kanslerimiz susur. Amma bu ölü vəziyyət uzun müddət davam edə bilməz. Aşkara çıxan casus qalmaqalının ciddi nəticələri olacaq. Biz belə Birləşmiş Ştatlara güvənə bilmərik. Bu məsələni alman və avropalı siyasilər, o cümlədən təhlükəsizlik sahəsinin rəsmiləri nəzərə almalıdırlar. Amerika kəşfiyyatı bir gün ərzində Almaniyada 15 milyon telefon danışığını dinləyib. Bu nəyə lazımdır? Bunu terrora qarşı mübarizə ilə əlaqələndirənlərin arqumentləri çox zəifdir. Bu arqumentə inananlar belə bir suala cavab versinlər ki, terrora qarşı mübarizə üçün Avropa İttifaqının institutlarını, ofislərini izləmək nəyə lazımdır? Bu məsələyə alman və avropalı siyasilərin münasibəti necə olacaq? Almaniya hökuməti Aİ ofislərinin və bəzi ölkələrin səfirliklərinin telefon söhbətlərinin gizli dinlənməsi ətrafında qalmaqal ilə əlaqədar olaraq ABŞ-ı kəskin tənqid edib. AFR hökumətinin rəsmi nümayəndəsi deyib ki, dostları izləmək qəbuledilməzdir. Berlin Almaniyada və Aİ üzvü olan başqa ölkələrdə casusluqda ittihamlarla əlaqədar ABŞ-dan izahat tələb edir. AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayberq bunları bildirib: “Əgər Avropa İttifaqının və ayrı-ayrı Avropa ölkələrinin diplomatik nümayəndəliklərində telefon söhbətlərinin gizli dinlənilməsi təsdiqlənərsə, açıq deməliyik: dostları izləmək yolverilməzdir”. İndi “soyuq müharibə” dövrü olmadığını vurğulayan Ş.Zayberq qeyd edib ki, ABŞ ətraflı izahat təqdim etməli, Avropa ölkələrinin bu məsələyə münasibəti isə birmənalı və yekdil olmalıdır. Şteffen Zayberq bildirib ki, rəsmi Berlin casusluq barədə məlumatlarla əlaqədar narazılığını ABŞ administrasiyasına çatdırıb. Onun sözlərinə görə, federal kansler Angela Merkel və ABŞ prezidenti Barak Obama bu mövzunu lap yaxın vaxtlarda müzakirə edəcəklər. Zayberq vurğulayıb ki, Almaniya Avropa İttifaqı ilə ABŞ arasında sərbəst ticarət haqqında saziş bağlanmasına əvvəlki kimi maraq göstərir. Lakin AFR hökumətinin nümayəndəsi qeyd edib ki, bunun üçün qarşılıqlı etimad olmalıdır. Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, Birləşmiş Ştatlar öz xüsusi xidmət orqanlarını izləməlidir, müttəfiqlərini yox. Almaniyanın ədliyyə naziri Loytxoysser isə bildirib ki, Vaşinqtonun avropalı dostlara düşmən kimi yanaşması etimad mühitini məhv edir. Nazir ABŞ-ın hərəkətini soyuq müharibə dövründəki düşmənlər arasındakı davranışla müqayisə edib. Almaniya Ədliyyə Nazirliyi iddialarla bağlı rəsmi araşdırma aparılacağını açıqlayıb. Fransanın xarici işlər naziri Loran Fabius bu cür fəaliyyəti qəbuledilməz adlandıraraq ABŞ tərəfinin məsələyə aydınlıq gətirməsi tələbi ilə bəyanat verib. Avropa İttifaqı komissiya rəhbərinin müavini Vivian Redinq dinləmə iddiaları təsdiqlənərsə, sərbəst ticarət anlaşmasının təxirə düşəcəyini açıqlayıb”. “Şpigel”in əməkdaşı Yakob Auqştayn yazır ki, bu qalmaqalın üzə çıxması ABŞ-ın Qərb müttəfiqlərindən imtina etdiyini təsdiqləyir. Birləşmiş Ştatların əsas müttəfiqləri- Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiyadır. Yerdə qalan dünyanın izlənmə nəzarətinə düşmə təhlükəsi var: “Sonuncu ifşadan sonra biz gördük ki, Birləşmiş Ştatlarda təkcə təhlükəsizliklə azadlıq arasındakı münasibətlər pozulmayıb. Hər şey təsəvvür etdiyimizdən də pisdir. Amerikalılar çoxdan təhlükəsizliklə məşğul olmurlar. Burada söhbət nəzarətdən gedir. Amerikalılar nəzarətlərində olan alqoritmlər vasitəsilə beynimizin içinə girərək nə düşündüyümüzə belə, nəzarət edirlər. Bu işləri dünyada insan azadlıqları uğrunda mübarizə aparan dövlət həyata keçirir. Snouden Rusiya və Çindən sığınacaq alarsa, bu ona qarşı etimadı azalda bilər. Amma burada söhbət Snoudenin şəxsiyyətindən, onun harada sığınacaq tapmasından getmir. Əsas məsələ onun təqdim etdiyi sənədlərdir, hansı ki, onlar bizim dünyaya baxışımızı dəyişir, başqa Amerikanı görməyimizə şərait yaradır. Bizim kanslerimizi var və o, Şərqi Almaniyada yaşamış şəxs kimi bu izləmələrin necə olduğunu yaxşı bilir. Belə olan halda federal kansler niyə susur? ADR-də yaşadığı vaxtlarda susmaq onun xilas etmişdi, indi isə biz demokratiya şəraitində yaşayırıq. Amma o yenə də həmin strategiyaya əməl edir. Nəhəng casus qalmaqalı ilə bağlı suallara cavab vermək üçün o öz nümayəndəsini göndərib. Özü isə hələ ki, mövqeyini açıqlamayıb. Bunun ancaq bir cavabı var: Merkel o vaxtı da bilirdi, indi də bilir ki, hay-küylü etiraz mənasız, bəlkə də təhlükəlidir».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info