Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb
Tarix: 01.10.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Il Messaggero”, “Askanews”, “9colonne”, “Agenzia Nova”, “Radioradicale”, “Notizie Yahoo”, “Comunicazione Inform”, “Agvivelino”, “Prealpina”, “Rete Sole” və “Rete7” kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər. Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.
Həmçinin İtaliya KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş rəsmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtaliya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş olunması da qeyd edilib.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info